Azərbaycanda gənclərə dövlət səviyyəsində yüksək etimad göstərilir
27.07.2013 [13:26]
Gənclərin üzərinə düşən vəzifə dövlətin yaratdığı hərtərəfli şərait və resurslardan yararlanaraq ölkəyə layiqli vətəndaş olmaqdır
Bildiyimiz kimi, respublikamızda prioritet sahələrdən biri olan gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın gənclər siyasətinin təməl məqsədi sağlam, bilikli, geniş dünyagörüşlü, vətənpərvər, müstəqil düşünən, cəmiyyətdə özünə layiqli yer tutan nəsil yetişdirməkdir. Bunun üçün dövlət tərəfindən gəncləri dəstəkləyən Dövlət proqramları, layihələr həyata keçirilir. Hazırda icrası davam etdirilən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı əsasında normativ sənədlərin gənclərlə bağlı müddəalarının təkmilləşdirilməsi, elm, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən gənclərin stimullaşdırılması, respublikanın müxtəlif şəhərlərində “Gənclər evi”nin yaradılması, gənclərdə vətənpərvərlik hisslərinin möhkəmləndirilməsi, gənclərin iş və mənzil imkanlarının genişləndirilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Gənclərin təhsil sahəsində dünyanın qabaqcıl təcrübəsini öyrənməsi və geniş biliklərə yiyələnməsi üçün 2007-2015-ci illəri əhatə edən Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının icrası davam etdirilir. Görülən işlər nəticəsində Azərbaycanda savadlı, peşəkar, sosial-maddi durumu yüksək, müasir düşüncəli, milli şüura malik gənc nəsil formalaşıb.
Şübhəsiz, gənclər də Azərbaycanda gedən inkişafı və gənclər sahəsində görülən işləri yüksək dəyərləndirirlər. Bu səbəbdəndir ki, müxtəlif gənclər təşkilatları qarşıdan gələn prezident seçkilərində Prezident İlham Əliyevi dəstəkləyəcəklərini bəyan ediblər. Məsələn, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının bu ay keçirilən yığıncağında iştirak edən gənc alimlər yaxınlaşmaqda olan seçkilərdə Prezident İlham Əliyevi dəstəkləyəcəklərini bəyan ediblər. Göründüyü kimi, Azərbaycan gəncliyi ölkədə həyata keçirilən gənclər siyasətini, gənc nəslin hərtərəfli formalaşması istiqamətində görülən işləri yüksək qiymətləndirir və bu işlərin davam etdirilməsi üçün Prezident İlham Əliyevi növbəti 5 ildə də dövlət başçısı görmək istəyir.
Onu da bildirək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət gənclər sahəsində təməli qoyulan işləri bundan sonra da davam etdirmək əzmindədir. Təkcə bir məqamı qeyd etmək olar ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasının davam etdirilməsi zəminində bu ildən müxtəlif sahələrdə fərqlənən gəncləri həvəsləndirmək məqsədilə Gənclər üçün Prezident Mükafatı təsis olunub. Dövlət başçısının bu barədə imzaladığı Fərmana əsasən, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10 min manat həcmində Prezident Mükafatı veriləcək. Bu, gənclərə dövlət başçısı səviyyəsində göstərilən yüksək etimaddan xəbər verir. Bundan əlavə, Dövlət Proqramında Azərbaycan Gənclər Mərkəzinin, “Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin, “online fikir bankı”nın yaradılması da nəzərdə tutulub. Bütün bunlar gənclər üçün yeni şərait və imkanların yaradılması, onların fəaliyyətinin stimullaşdırılması, eyni zamanda, gənclərin üzərinə düşən məsuliyyətin artması deməkdir.
Belə ki, hər bir gəncin üzərinə düşən vəzifə dövlətin ona yaratdığı hərtərəfli şəraitdən, imkanlardan yararlanaraq ölkəsinə layiqli vətəndaş olmaqdır. Bunun üçün ilk növbədə, gənclər özlərinin potensialını dərk etməli, bilik və bacarıqlarını ölkənin inkişafı, gələcəyi, beynəlxalq aləmdə təbliği yönündə fəaliyyətə yönəltməlidirlər. Məhz belə olan təqdirdə, gələcək nəsillər də indiki gəncliyin sahib olduğu və hətta daha geniş imkanlara malik olacaq. Yeri gəlmişkən, qeyd edək ki, bu günlərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Mill Şurasının reallaşdırdığı “Xətdə” sosial şəbəkə akademiyası layihəsinin yekunları ilə bağlı konfransda çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkədə gənclər sahəsində görülən işlərdən bəhs edərək gənc nəslin üzərinə düşən vəzifələrdən də danışıb. Onun sözlərinə görə, dövlətin yaratdığı imkanlardan yararlanmaq, eləcə də həmin imkanları qorumaq və beynəlxalq aləmdə Azərbaycanın təbliğatını gücləndirmək məsuliyyəti gənclərin üzərinə düşür: “O mədəniyyətlər, o xalqların adət-ənənələri yaşayacaqdır ki, onlar güclüdür, həmin xalqın ona sahib çıxan gəncliyi vardır. Siz dünyada azərbaycançılığın ən yaxşı nümunəsi ola bilərsiniz. Azərbaycan dövləti həmişə sizinlədir, sizin arxanızdadır”.
Beləliklə, Azərbaycanda uğurlu gənclər siyasəti, həmçinin, müxtəlif sahələrdə dövlət-gənclər əməkdaşlığı modeli mövcuddur. Dövlətin gənclər siyasətini gənclərlə bərabər həyata keçirməsi isə ölkəmizin daha da gücləndirilməsinə mühüm töhfədir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxElm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12

