/ / Milli Azərbaycan Tarixi Muzeyində YAP-ın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində YAP-ın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib
19.11.2013 [09:00]
Dünən Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Tarixçiləri ilk ərazi təşkilatı üzvlərinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı Yeni Azərbaycan Partiyasının yaranma və formalaşma tarixindən danışıb. Akademik, lider partiya olan YAP-ın nailiyyətlərini vurğulayaraq dövlətçilyimizin möhkəmlənməsində önəmli rol oynamış Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərinin müasir dövrümüzdə ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində uğurla davam etdirildiyini bildirib.
Yeni Azərbaycan Partiyasının fəaliyyətinin davamlı olmasını arzulayan və gənclərə Heydər Əliyev irsini öyrənməyi tövsiyə edən akademik N.Vəlixanlıdan sonra çıxış edən YAP Səbail rayonu təşkilatının sədr müavini Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının yaradılması və əsas qayələrindən ətraflı söhbət açıb. Partiyanın yaranma dövründən danışan M.Nağıyev, Ulu öndər Heydər Əliyevin fədakar ömür yolunu gənclərə örnək göstərib və müasir tarixçilərə YAP tarixini yazarkən real faktlara istinad etməyi tövsiyyə edib.
Yeni Azərbaycan Partiyasının Azərbaycan Tarixçiləri ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova ölkəmizin ən güclü partiyası olan Yeni Azərbaycan Partiyasının ardıcıl siyasətinin uğurlarını qeyd edib.
YAP-ın yaranmasının 21-ci ildönümü münasibətilə tərtib edilmiş elektron prezentasiyanın nümayişindən sonra Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri - Şəkər Məmmədova və Validə Ağazadənin ifasında şeirlər səsləndirilib. Tədbir muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə, YAP Azərbaycan Tarixçiləri ilk ərazi təşkilatının katibi Rəhim Səadətov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Xanım Yaqubəliyevanın maraqlı çıxışları ilə davam etdirilib.
Tədbirin sonunda 9 oktyabr prezident seçkilərində fəallıq göstərmiş YAP Azərbaycan Tarixçiləri ilk ərazi təşkilatı üzvləri - Pərvanə Əzimova, Rəhim Səadətov və Tural Şiriyevə YAP Səbail rayonu təşkilatının Fəxri Fərmanları təqdim olunub.
Aygün MƏmmƏdova,
YAP Azərbaycan Tarixi Muzeyinin
ilk ərazi təşkilatının üzvü, AMEA Milli
Azərbaycan Tarixi Muzeyinin elmi işçisi
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

