Fransa səfirliyinin Leyla Yunusu müşayiət etmək məcburiyyəti haradan qaynaqlanır?
01.05.2014 [09:01]
Və ya bu müşayiəti “haqq etmək” üçün Leyla Yunus hansı xüsusi məziyyətlərə sahibdir?
Xəbər verildiyi kimi, aprelin 28-də Azərbaycanı tərk etməyə çalışan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus Baş Prokurorluğa gətirilərək ifadə veriblər. Xatırladaq ki, həmin gün Leyla Yunus həbsdə olan Rauf Mirqədirovun cinayət işi ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa dəvət olunub. L.Yunus tələb olunan vaxtda Baş Prokurorluğa gəlməyə və izahat verməyə hazır olduğunu bildirsə də, xəbərdarlığa baxmayaraq ölkəni tərk etməyə cəhd göstərib.
Bu arada KİV-də yayılan xəbərlərə görə, R.Mirqədirovun həbsindən sonra Fransanın Azərbaycandakı səfirliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Leyla və Arif Yunusların Azərbaycandan çıxarılması ilə bağlı xüsusi plan hazırlayıblar. Aprelin 28-də 2 saat ərzində Fransanın Azərbaycandakı səfirliyi L.Yunus və A.Yunusa 5 illik viza rəsmiləşdirib. Bundan başqa, Fransa səfirliyi Leyla Yunusa 2 saat ərzində 5 illik viza verməklə işini bitmiş saymayıb. Belə ki, ermənipərəst “hüquq müdafiəçisi” Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilinin, o cümlədən, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəlib. Hətta həmin gün Parisə birbaşa təyyarə reysi olmasına baxmayaraq, şübhə doğurmamaq üçün L.Yunus Doha (Qətərin paytaxtı) marşrutunu “seçib”. Yayılan məlumatlara görə, ABŞ və Fransa səfirliklərinin nümayəndələri L.Yunus və onun həyat yoldaşının hava limanından maneəsiz keçməsini təmin etməyi öz üzərlərinə götürüblərmiş. Azərbaycan hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra bu plan baş tutmayıb, L.Yunus Baş Prokurorluğa gətirilib və ondan izahat alınıb.
Qeyd olunduğu kimi, Fransa səfirliyinin bu “özfəaliyyəti” Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılanır. Çünki sözügedən diplomatik korpusun həmin fəaliyyəti Azərbaycanın daxili işlərinə kobud müdaxilə və “Diplomatik xidmət haqqında” 1961-ci il Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Eyni zamanda, burada ortaya bəlli suallar çıxır. Məsələn, səfirlik nümayəndəsi hansı əsasla L.Yunusu müşayiət etməyi özünə borc bilir? Və ya sualı belə də qoymaq olar ki, səfirlik Leyla Yunusu hansı ehtiyacdan “qaçırdır”? Yuxarıda qeyd olunan informasiyadan da görünür ki, Fransa səfirliyi birmənalı şəkildə L.Yunusun gizlin qaçışını təşkil etmək niyyətində olub. Belə olmasaydı, nə üçün Fransa səfirliyi Yunusları əvvəlcə Qətərə, sonra Parisə yola salmaq niyyətinə düşürdülər ki? Demək ki, burada qaranlıq məqamlar kifayət qədərdir. Görəsən, L.Yunusun Baş Prokurorluqdakı izahatdan yayınması Fransa səfirliyinə nə üçün bu qədər lazım imiş? Hər halda belə olmasaydı bütün prosedur qaydalarını ayaqlar altına alaraq, hətta öz dövlətinin qanunlarını tapdayaraq Fransa səfirliyi 2 saat ərzində Leyla Yunusa və onun həyat yoldaşına Fransada yaşamaq üçün 5 illik viza verməzdi. Demək ki, Fransa səfirliyi Leyla Yunusu bu izahatı verməkdən qaçırırmış...
Fransa səfirliyi Leyla Yunusun arzuları ilə idarə olunur?
Yeri gəlmişkən, hətta jurnalistlərin Fransa səfirliyi ilə bağlı suallarına da “özünəməxsus tərbiyə” ilə və gözlərini “ağardaraq” cavab verən Leyla Yunus bildirib ki, “mən belə istəmişəm”... Görəsən, Leyla Yunusun bütün istəkləri Fransa səfirliyi tərəfindən sorğu-sualsız yerinə yetirilirmi? Görünən budur ki, Fransa səfirliyi Leyla Yunusun arzularının əsas icraedicisi imiş. Belə olmasaydı, sırf L.Yunus istəyir deyə diplomatik korpus bütün qanunlara və konvensiyalara qarşı hörmətsizlik göstərməz, onları pozmazdı. Eyni zamanda, Leyla Yunusun xüsusi əda ilə “mən belə istəyirəm deyə Fransa səfirlyi məni yola salıb” fikri bu diplomatik korpusun Azərbaycan və Fransa ictimaiyyətinə açıqlama verməsini şərtləndirir. Axı, səfirlik bir dövlətin ərazisində fəaliyyət göstərən başqa bir dövlətin rəsmi strukturudur. Fransanın rəsmi strukturu sayılan səfirlik nə vaxtdan L.Yunusun istəyi ilə onun müşayiətedicisinə çevrilib? Və bu müşayiəti “haqq etmək” üçün L.Yunus hansı xüsusi məziyyətlərə sahibdir? Yəqin ki, Fransa səfirliyi bu məqama da açıqlama gətirər. Əks halda səfirlik onlara viza üçün müraciət edən hər bir kəsi təyyarənin qapısına qədər yola salmaq məcburiyyətində qalacaq. Çünki bunun əksi ikili standart yaradır ki, bu fakt, növbəti dəfə L.Yunusla səfirliyin xüsusi bağları haqda danışmağa əsaslar formalaşdırır...
Yunus ailəsi haqda yeni informasiyalar yayılır-Onların bütün fəaliyyətləri antimilli mərkəzlərdən idarə olunur
Bu arada, L.Yunus, həmçinin həyat yoldaşı Arif Yunus və onun qardaşı Ramiz Yunus haqqında ölkə KİV-ində yeni məlumatlar açıqlanır. Publika.az saytının yazdığına görə, Leyla Yunus hələ Azərbaycanın Müdafiə Nazirliyinin Analitik İnformasiya Mərkəzinin rəhbəri vəzifəsində işlədiyi dövrdə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərlə bağlı müxtəlif videolentləri, məlumatları və fotomaterialları Rusiya tərəfinə ötürüb. Bundan başqa, Leyla Yunus rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) vətəndaşı olan Nikolas Daniloff adlı şəxsin təlimatı ilə yaradıbmış. Nikolas Daniloff isə 1986-cı ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA - Central Intelligence Agency) aidiyyəti olduğu üçün SSRİ-də arzuolunmaz şəxs (“persona non-grata”) elan edilərək ölkədən çıxarılıb.
Bildirilir ki, Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus və qardaşı Ramiz Yunus birlikdə Moskvada yaşayan milliyyətcə erməni, Rusiya dövlət strukturlarında Qafqaz problemləri ilə məşğul olan və analitik informasiya mərkəzində çalışan dayıları ilə mütəmadi əlaqə saxlayaraq, ondan təlimatlar alıblar. Həmin vaxtda Arif və Ramiz Yunusun dayısı özünü ətrafda Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı kimi təqdim edirdi. Hətta Azərbaycandakı fəaliyyətlərini “pərdələmək” üçün Leyla Yunus Nikolas Daniloffun həyat yoldaşı olan Rut Daniloffla rəfiqəlik etməyə də başlayıb və keçirdiyi vaxtaşırı görüşlərini eyni dostluq münasibətləri kimi təqdim etməyə çalışıb.
Digər maraqlı fakt ondan ibarətdir ki, Yunuslar dayılarının göstərişi və maliyyə dəstəyi ilə müxtəlif layihələr adı altında Ahısxa türklərinin Gürcüstanın Cavaxetiya rayonunda yerləşdirilməsinin mümkünsüz olduğunu bildiriblər. Hətta bu barədə kitab da dərc ediblər. Sözsüz ki, burada onların əsas məqsədi həmin ərazidə yaşayan ermənilərin mövqelərinin möhkəmlənməsinə xidmət etmək idi. Əslində, L.Yunus özü ermənilərlə işbirliyində olması faktını hər zaman bildirib və onun Ermənistanın Region Araşdırmalar İnstitunun direktoru Laura Baqdasaryanla işbirliyi də bu faktı sübut edir.
Ümumiyyətlə, Leyla Yunusun əri Arif Yunusun ana tərəfdən erməni olması faktı hər zaman KİV səhifələrində bildirilib. Sözügedən şəxslər isə bu faktı heç bir zaman təkzib etməyiblər. Publika.az yazır ki, Arif Yunusun anasının əsl adı Arşalyus Arsenovna olub. Sonradan Ramiz Yunus əslən erməni olan anası Arşalyus Arsenovnaya Aysiyyat Yasər qızı adına sənədlər alıb və əslən dağıstanlı kimi təqdim etməyə çalışıb...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

