Radikal müxalifət QHT sektorunda “reketliklə” məşğul olmaq istəyən şəxsi dəstəkləyir
17.05.2014 [10:48]
Salyan rayonunda bir sıra şəxslərdən hədə-qorxu yolu ilə pul tələb edən “reket-QHT-çi” Mehman Əliyevlə Oqtay Güləliyevin “Kür”ünün fəallarındandır
Demokratik inkişaf yolunu prioritet seçmiş Azərbaycan bu gün insan hüquq və azadlıqlarının qorunması istiqamətində nümunə göstərilən ölkələrdəndir. Ölkəmizdə bütün azadlıqlar yüksək səviyyədə qorunur, təmin edilir. Digər tərəfdən, demokratik qanunların qəbulu bu hüquq və azadlıqların daha geniş müstəvidə təsbit edilməsinə imkan verir.
Amma təəssüf ki, zaman-zaman qanunla təsbit olunmuş bu hüquq və azadlıqlardan sui-istifadə etməyə cəhdlər də olur. Məsələn, ölkə mətbuatının ən ağrılı problemlərindən olan “reket jurnalistikası”, məhz bəzi insanlara tanınan söz azadlıqlarından sui-istifadəsi nəticəsində meydana çıxıb. Amma “reket jurnalistikası” ilə uğurla aparılan mübarizə onların tədricən sıradan çıxmasını şərtləndirib. Təəssüf ki, yayılan xəbərlər göstərir ki, yeni “orijinal” bir hal təzahür etməkdədir- “reket QHT-çilik”...
Bəli, jurnalistikanın “reketini” eşitmişdik, görmüşdük, amma günümüzdə artıq QHT-nin də “reketinə” rast gəlinir. Salyan rayonunda baş verənlər bunu deməyə əsas yaradır. Belə ki, Salyan rayonunda “fəaliyyət göstərən”, “fərqli maraq sferasına” xidmət edən “Demokratiyaya yardım” adlı QHT-nin əməlləri “reket QHT”nin nə olduğunu açıq ifadə edir. Xatırladaq ki, bir müddət əvvəl bu qurumun rəhbəri Emil Məmmədovun və həmin qurumun üzvü Tofiq Qasımovun qeyri-qanuni əməlləri ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, aprelin 17-də Tofiq Qasımov hədə-qorxu gəlməklə pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib. Bundan sonra isə artıq qorxuya düşən E.Məmmədov “sığortalanmaq üçün” özünün həbs ediləcəyini “anons” etməyə başlayıb. Amma bu da ona məsuliyyətdən yaxa qurtarmağa kifayət etməyib. Belə ki, Salyan Rayon Məhkəməsi Emil Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə 3 aylıq həbs-qətimkan tədbiri seçib. Onun məmurlardan zorla pul aldığı bildirilir. Qeyd edilir ki, hadisə ilə bağlı hal şahidi də var. Həbs edilən şəxs Cinayət Məcəlləsinin 182.2 maddəsi ilə şübhəli bilinir. Tofiq Qasımov istintaqda Emil Məmmədovun sifarişi ilə idarə, müəssisə rəhbərlərini müxtəlif yollarla hədələdiklərinə dair ifadə verib. Onun ifadəsinə əsasən konkret idarə və müəssisə rəhbərləri və aidiyyəti üzrə şəxslər də dindirilib. Eyni zamanda, Emil Məmmədovla Tofiq Qasımov da üzləşdirilib. Paralel olaraq idarə rəhbərləri istintaq zamanı açıq etiraf ediblər ki, Emil Məmmədov onlardan ayrı-ayrı dövrlərdə hədə-qorxu gəlməklə pul alıb. Məsələn, Salyan rayon Maliyyə İdarəsinin müdiri Mahir Kərimov istintaqda üzləşmə zamanı Emil Məmmədovun ondan müxtəlif dövrlərdə pul tələb etdiyini söyləyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, təşkilatın əməkdaşı Tofiq Qasımov barəsində aprelin 16-da eyni maddə üzrə cinayət işi açılıb və o, ifadəsində Məmmədovun tapşırığı ilə hərəkət etdiyini deyib. Rayonun bəzi dövlət qurumlarının məsul nümayəndələri polisə müraciət edərək Tofiq Qasımov adlı şəxsin barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə dəfələrlə onlardan pul aldığını bildirib sonuncu şəxs haqqında müvafiq ölçü götürülməsini xahiş ediblər. Həmin müraciətlər əsasında araşdırma aparılıb, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb. Tofiq Qasımovun guya istintaqa təzyiq altında və azad olunacağı şərti ilə ifadə verməsi ilə bağlı səsləndirilən fikirlərə gəlincə, DİN mətbuat xidməti məsələnin siyasiləşdirilməsinin heç bir hüquqi əsası olmadığını və söhbət konkret şəxslərin cinayət xarakterli əməllərindən getdiyini bəyan edib.
Göründüyü kimi, hər şey ortadadır. Amma təəssüfləndirici başqa bir hal ondan ibarətdir ki, cəmiyyətimizdə yeni təzahür etməyə başlamış bu “xəstəliyin” qarşısının alınmasına yardım etməyən, hətta onların daha da “pardaqlanmasına” “köməyini” əsirgəməyən, onlara “informasiya dəstəyi” verənlər də tapılır. Azərbaycanın radikal müxalifəti və onların nəzarətində olan bir sıra mətbu orqanlar bu yolda “canfəşanlıq” göstərirlər, bu həbsi qərəzli, qeyri-obyektiv şəkildə şərh edir, baş verən hadisəni guya hakimiyyətin vətəndaş cəmiyyəti institutlarına təzyiqi kimi qələmə verməyə çalışırlar.
Danışanda demokratiyadan, insan haqlarından, qanunun aliliyindən dəm vuran bu kəslər və ya qurumlar necə olur ki, “vətəndaş cəmiyyəti” adının arxasına “reket” ayaması pərçimləməyə çalışan bir şəxsi müdafiə edirlər? Bəs görəsən, radikal düşərgə və onun mətbu ruporları hüquqları pozulan insanların hüquqlarını nə üçün qorumur?
Hər zaman olduğu kimi, məsələləri özlərinə sərf edən tərzdə təqdim etməyə çalışan düşərgə təmsilçiləri yenidən “müdafiə kampaniyası” yaratmaq arzusuna düşüblər. Məsələn, antimilli layihələrdə yer almaq növbəsinə duranların sırasında əxz olunan “Turan” informasiya agentliyi “Demokratiyaya yardım”ın cənub regionunda “ən fəal vətəndaş cəmiyyəti institutlarından biri” kimi təqdim etməklə yanaşı, E.Məmmədovun da “tanınmış hüquq müdafiəçisi” və “yüksək mənəviyyatlı ziyalı” olması haqda şərhlər yayıb. Xatırlatmaq yerinə düşər ki, QHT sektoru ilə “reketliyi” birləşdirməkdə şübhəli bilinən E.Məmmədov ayrı-ayrı mətbuat orqanlarında Salyan rayonunda çalışan rəhbər işçilər haqqında dezinformasiya xarakterli məlumatlar yerləşdirməkdə “məşhurdur”. Məsələn, ayrı-ayrı mətbuat orqanlarında Salyan rayonunun İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun metlax sexi olması barədə məlumatın yerləşdirilməsinin üstü sonradan açılmışdı. “Yeni Müsavat” qəzetinin əməkdaşları Salyanda araşdırma apararkən həqiqətən də metlax sexinin rəhbəri olan Tahir Kərimovu tapırlar. Amma bu Tahir Kərimov icra başçısı deyil, adi iş adamlarından biri imiş, sadəcə ad-soyad uyğunluğu var. Bununla yanaşı, E.Məmmədov Salyan və ətraf rayonlarda yaşayan şəxslərdən 1200 manat alaraq, onlara saxta sənədlər düzəltmək yolu ilə Avropaya mühacirətə “göndərməklə” də məşğul imiş. Xaricdə yaşamaq üçün verilən həmin “sənəd”lərdə adları məlum olan şəxslərin guya, təzyiqlərə məruz qaldığı, müxalifətçi olduqları üçün incidildikləri və sairə vurğulanırmış. Halbuki, həmin adamların nəinki hansısa partiyaya, təşkilata, ümumiyyətlə heç siyasətə belə aidiyyətləri olmayıb.
Bəs görəsən, bu əməlləri “Turan” İA-nın rəhbəri Mehman Əliyev bilmirmi? Axı, E.Məmmədov Mehman Əliyevin və Oqtay Güləliyevin əsas fiqur olduqları və 2010-cu il Salyan rayonunda baş vermiş daşqınlardan ziyan çəkənlərə kömək vəd edən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəallarından biri olub. Həmin qərargahın real vətəndaş cəmiyyəti fəaliyyəti deyil, əslində “reket jurnalistika” ənənəsinə uyğun olaraq “reket QHT” fəaliyyəti göstərdiyi, hazırladığı hesabatların isə yerli və mərkəzi məmurları şantaj etmək məqsədi güddüyü barədə hələ 2012-ci ilin sonlarında elə QHT sektorunun fəal nümayəndələri tərəfindən ifşaedici materiallar dərc edilmişdi. Təbii ki, belə bir qurumun üzvündən başqa nə gözləmək olardı ki? Görünür, həmin təşkilatın rəhbəri Oqtay Güləliyevin məşhur “reket” qəzetdə baş redaktor işlədiyi dövrdə əxz etdiyi unikal keyfiyyətlər qərargahın digər üzvlərinə də sirayət edib...
P.Sadayoğlu
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

