Dövlət Komitəsinin sədri Qaradağda dini icmaların nümayəndələri ilə görüş keçirib
19.08.2014 [09:49]
Mübariz Qurbanlı: Bu gün Azərbaycan dini tolerantlıq baxımından dünyanın ən öncül dövlətlərindən biri olaraq, sivilizasiyalararası dialoqa da mühüm töfhələr verir
Dünən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qaradağ rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib. Görüşdən öncə Mübariz Qurbanlı və Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rayondakı abidəsini ziyarət edib.
Rayondakı Heydər Əliyev Mərkəzində keçirilən görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycanda hökm sürən dini tolerantlıq mühitindən danışaraq qeyd edib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli-mənəvi dəyərlərimizə hörmət, tolerantlıq mühitinin möhkəmlənməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. O, rayonda dini sahədə mövcud olan vəziyyət və dini icmaların fəaliyyəti haqqında da məlumat verib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov isə bildirib ki, hazırda rayonda 11 məscid, 2 ziyarətgah var. O, rayonda bu görüşlərin mütəmadi təşkil olunduğunu, dini icmaların fəaliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görüldüyünü bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi və Lökbatan qəsəbə məscidinin axundu Hacı Faiq Əhmədov da vurğulayıb ki, Azərbaycanda insanların dini azadlığı təmin olunub, dövlət bu azadlığın möhkəmlənməsi üçün bütün lazımi addımları atır. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə onlarla məscidlərin tikildiyini, bəzilərinin isə əsaslı təmir olunduğunu xatırladıb.
Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı görüşün məqsəd və əhəmiyyətindən danışaraq vurğulayıb ki, bu tədbirlərdə dini icma rəhbərləri ilə geniş fikir mübadiləsi, qarşıdakı dövrlərdə görüləcək işlərlə bağlı müzakirələr aparılır, müxtəlif suallar cavablandırılır. Onun sözlərinə görə, Qaradağda keçirilən bu görüş sayca üçüncüdür. Bundan əvvəl isə komitə sədri Sumqayıt və Xaçmaz rayonlarında dini icmaların nümayəndələri ilə görüşüb. Ölkəmizdə mövcud olan dini durum və tolerantlıq mühiti haqqında məlumat verən komitə sədri deyib ki, Azərbaycan çox qədim tarixə malik olan dövlətdir: “Tarixdən gələn ənənələrimiz və milli-mənəvi dəyərlərimiz sırasında İslam dini və ənənələri çox mühüm əhəmiyyət daşıyır. Hətta Sovet dövründə müxtəlif təzyiq və basqılara baxmayaraq, Azərbaycan xalqı öz dəyərlərini, milli adət-ənənələrini, o cümlədən də, dinini qoruya bilmişdir. Heç də sirr deyil ki, həmin dövrdə nə qədər tarixi abidələrimiz, məscidlərimiz məhv edilmişdir. Lakin bu kimi sərt tədbirlər xalqımızın öz adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə, dininə bağlılığını qəlbindən silə bilməmişdir”.
Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət Komitəsinin sədri milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi işlərdən danışıb. Son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran komitə sədri, Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının günü-gündən artdığını bildirib. O, xatırladıb ki, Sovet dövründə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, bu gün Azərbaycanda 2050 məscid mövcuddur. Hazırda isə Bakıda dünyanın ən möhtəşəm və ən böyük məscidlərdən biri tikilir.
Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olduğunu xatırladan M.Qurbanlının sözlərinə görə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında, o cümlədən, digər hüquqi sənədlərdə və qanunvericilik aktlarında insanların vicdan azadlığına tam təminat verilir. Komitə sədri vurğulayıb ki, Azərbaycanda digər dinlərin nümayəndələrinə qarşı da hörmət və dözümlülük mövcuddur. Onun sözlərinə görə, bu gün Azərbaycan dini tolerantlıq baxımından dünyanın ən öncül dövlətlərindən biri olaraq, sivilizasiyalararası dialoqa da mühüm töhfələr verir.
Mübariz Qurbanlı son dövrlər bəzi ölkələrdə baş verən proseslərin fonunda bir sıra maraqlı qüvvələrin dindən fərqli məqsədlər naminə alət kimi istifadə etdiyini söyləyib. O, əlavə edib ki, ölkəmizin inkişafına mane olmaq istəyən, tolerantlıq mühitini sarsıtmaq niyyəti güdən bəzi maraq qruplarının Azərbaycanda da müəyyən təxribat cəhdləri olub. Lakin Azərbaycan dövləti bu kimi təxribatların qarşısını almağa qadirdir və qarşısını alır. Xüsusilə, qeyri-ənənəvi cərəyanlar dindən sui-istifadə edərək öz zərərli ideologiyalarını yaymağa çalışır. Ona görə də, dini icmaların üzərinə böyük məsuliyyət düşür. İcmalar və onların nümayəndələri dini təbliğat işlərini düzgün qurmalı, insanları düzgün maarifləndirməlidir.
Görüşün sonunda dini icma nümayəndələrinin sualları cavablandırılıb, onların təklifləri dinlənilib.
Görüşdən sonra komitə sədri M.Qurbanlı Lökbatan qəsəbə məscidini ziyarət edib. Məscidlə tanışlıqdan sonra komitə sədri dindarlarla qısa söhbət edib.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39

