Səbaildə yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub
06.09.2014 [09:41]
Səbail rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda ötən tədris ilinin yekunları və yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, toplantıda çıxış edən icra başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb.
A.Əsgərov deyib ki, son illərdə qazanılan bütün uğurlar dövlət başçısı İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatların, birinci xanım Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Üç il ərzində Prezidentin imzaladığı sərəncamlar və dövlət proqramlarına əsasən rayondakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub, 1 yeni orta məktəb binası və 1 uşaq bağçası tikilib, 2 orta məktəb, 1 uşaq musiqi məktəbinin binası sökülərək yenidən inşa olunub. Bundan başqa, 2 məktəb üçün yeni əlavə korpus tikilib, 1 peşə, 11 orta, 2 uşaq musiqi məktəbi, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 8 uşaq bağçası əsaslı təmir olunub.
Keçən il, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsindəki 136 nömrəli körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılıb və sentyabr ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə açılışı olub.
Badamdar qəsəbəsində yaşayan insanların sayının artması ilə bağlı burada məktəbəqədər təhsil müəssisələrinin vəziyyətini nəzərə alan Heydər Əliyev Fondu nəcib təşəbbüs göstərərək bu ilin aprel ayında qəsəbədəki “Könül” körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərinə başlayıb və artıq burada bütün işlər başa çatdırılıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Səbail rayonunun təhsil müəssisələri üzrə 3 orta və 1 musiqi məktəbinin və 3 uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulub.
A.Əsgərov bildirib ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə icra hakimiyyəti tərəfindən ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində təmir işləri aparılıb, məktəblər lazımi avadanlıq və vəsaitlə təmin olunub.
Tədbirdə görülən işlərlə yanaşı, keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılıb. Bildirilib ki, 2013-2014-cü tədris ilində rayonun orta məktəblərini 1355 nəfər bitirib, onlardan 901 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 124 nəfəri 500-dən, 37 nəfəri 600-dən, 9 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlardan 124 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub.
91 nömrəli tam orta məktəbin direktoru Svetlana Zülfüqarova, 687 bal toplayaraq tələbə adını qazanmış Xalid Məmmədli və digər çıxış edənlər təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon icra hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 100 uşağa isə məktəbli forması hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50

