/ / Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında Avropa Parlamentinin qərəzli qətnaməsinə kəskin etiraz bildirilib
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında Avropa Parlamentinin qərəzli qətnaməsinə kəskin etiraz bildirilib
20.09.2014 [10:31]
Sentyabrın 19-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib.
AzərTAc xəbər verir ki, sədr Ziyafət Əsgərov əvvəlcə Milli Məclisin 2014-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə məlumat verib. Bildirilib ki, həmin dövrdə Milli Məclisin fəaliyyətində kifayət qədər fəal iştirak edən komitə tərəfindən 5 qanun layihəsi müzakirə edilərək plenar iclasa çıxarılıb.
Sonra komitə sədri gündəlikdə duran “Yanğın təhlükəsizliyi haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri ilə bağlı məlumat verib.
Qeyd edilib ki, “Yanğın təhlükəsizliyi haqqında” Qanuna edilən dəyişikliklərin səbəbi sahibkarlıq sahəsində əsassız yoxlamaların qarşısının alınmasıdır. Dəyişikliklər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.
“Hərbi qulluqçuların statusu haqqında” Qanuna edilən dəyişikliklər barədə danışan Z.Əsgərov deyib ki, bu dəyişikliklər Miqrasiya Məcəlləsinin tələblərinə uyğunlaşdırma xarakteri daşıyır. Dəyişikliyə görə qanunun 23-cü maddəsinə üçüncü hissə əlavə olunur. Əlavə olunan hissədə deyilir: “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycandan gedə bilərlər”.
Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitə üzvləri Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanla bağlı qəbul etdikləri qərəzli qətnaməyə münasibət bildiriblər.
Komitə sədrinin müavini Aydın Mirzəzadə təəssüflə qeyd edib ki, Avropa Parlamentində bir qrup deputat Azərbaycan əleyhinə təbliğat aparmaqla, ölkəmiz haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğuldurlar. Əslində onların fikirlərinin arxasında tamam başqa məqsədlərin durduğu aydındır. Azərbaycanın müstəqil daxili və xarici siyasət aparması nədənsə Avropa Parlamentinin bir qrup deputatının maraqlarına cavab vermir. Həmin deputatlar istəyirlər ki, Azərbaycan öz xarici siyasətini məhz onların diktəsi ilə həyata keçirsin, müstəqilliyindən imtina etsin. Şübhəsiz ki, bu, beynəlxalq hüquq normalarına, diplomatiya qaydalarına uyğun bir məsələ deyil. Azərbaycan müstəqilliyini ona görə qazanmayıb ki, öz daxili, xarici siyasətini xarici qüvvələrin, fondların maraqlarına xidmət edən deputatların diktəsi ilə müəyyən etsin.
Qeyd edilib ki, qətnamədə əks olunanlar heç bir həqiqəti əks etdirmir. Azərbaycanda demokratiya, azad internet var. Bu cür qətnamənin qəbul olunması Azərbaycana təzyiq vasitəsidir. Əlbəttə, bunlar heç bir zaman Azərbaycan cəmiyyəti tərəfindən qəbul oluna bilməz.
Deputatlar Zahid Oruc, Elman Məmmədov və Aqil Abbas da Avropa Parlamentinin Azərbaycana olan qərəzli mövqeyini pisləyiblər. Bildiriblər ki, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tez-tez ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsinə qalxırlar. Amma 20 ildən çoxdur ki, bir milyondan artıq azərbaycanlının hüquqları təcavüzkar Ermənistan dövləti tərəfindən pozulur, lakin nə Avropa Parlamenti, nə də digər təşkilatlar bununla bağlı heç bir addım atmırlar.
Çıxışlara yekun vuran Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, bu qətnamənin ruhu başdan ayağa qərəz, böhtan və yalandır. Avropa Parlamentinin 751 deputatından cəmi 46 nəfəri bu qətnamənin hazırlanmasında və qəbulunda iştirak edib. Həmin 46 deputatdan 45-i isə heç Azərbaycanda olmayıb, ölkəmizdəki vəziyyəti bilmir. Yalnız ayrı-ayrı müxalifət təşkilatlarının, özlərini guya hüquq müdafiəçisi adlandıran insanların məruzələri əsasında necə qətnamə qəbul etmək olar?! Buna görə də bu qətnamə tamamilə əsassızdır və qeyri-obyektivdir.
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

