Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib
25.09.2014 [10:14]
Sentyabrın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin 2014-cü il payız sessiyasında ilk iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda 2014-cü ilin payız sessiyasında görüləcək işlərin planına baxılıb və təsdiq olunub. Plana “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan aşıq sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Kulinariya mədəniyyəti haqqında” yeni qanun layihələri, eləcə də “Kinematoqrafiya haqqında” mövcud qanunda dəyişikliklər edilməsi barədə” qanun layihələri salınıb.
Komitə sədri Nizami Cəfərov yeni hazırlanan qanun layihələrindən danışıb. Bildirilib ki, payız sessiyasında “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan aşıq sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Kulinariya mədəniyyəti haqqında”, “Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında” hazırlanan yeni qanun layihələri ilə bağlı iş davam etdiriləcək.
“Kinematoqrafiya haqqında” qanuna isə kino çəkilişləri ilə bağlı alınan avadanlıqlar üzərindən gömrük rüsumunun və vergilərin götürülməsi barədə müddəanın salınması təklif olunur. Komitə sədri bu məsələnin ölkədə kino sənətinin inkişafına stimul verəcəyini söyləyib. Bildirib ki, belə bir təcrübə dünyada mövcuddur və yaxşı nəticəsi olub.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışaraq kino sahəsinə də xüsusi diqqət göstərildiyini, Dövlət Proqramının qəbul olunduğunu bildirib. O, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin, xüsusilə kino sahəsinin inkişafına dəstəyini qeyd edib. Diqqətə çatdırıb ki, bütün bu inkişafın sayəsində ölkəmiz dünyanın 80-dən çox festivalında iştirak edir. Hər il filmlərimiz Kann festivalında nümayiş olunur. Kino sahəsinin inkişafı üçün görülən işlərin davamı olaraq gələn il “Azərbaycanfilm” Kinostudiyasının yenidənqurma işlərinə başlanacaq. Lakin ayrılan vəsait yüksək səviyyəli filmlərin çəkilişinə tam kifayət etmir. Xaricdən Azərbaycana gətirilən kino avadanlıqlarının qiymətinə tətbiq olunan vergi və rüsumlar film çəkilişi üçün sərf olunan vəsaiti artırır.
Digər çıxışlarda kino çəkilişi üçün ölkəyə idxal olunan avadanlıqların vergilərdən və dövlət rüsumlarından müəyyən müddətə azad edilməsi məqsədəuyğun sayılıb. Milli Məclisin deputatları bu məsələnin qanunvericilikdə əksini tapmasını zəruri hesab ediblər.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan kinosunu inkişaf etdirmək, istedadlı, peşəkar aktyorlar, rejissorlar, operatorlar yetişdirmək üçün güclü milli kino məktəbinin yaradılmasının vacibliyini qeyd edib.
İclasda qanunvericilik işləri planına salınan digər qanun layihələri də müzakirə olunub. Toy və yas mərasimləri ilə bağlı bəzi məsələlərin də qanunvericiliklə tənzimlənməsi təklif edilib.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18

