Radikal müxalifət erməni lobbisindən yeni “mitinq” sifarişi alıb
07.04.2017 [09:56]
Ölkəmizin uğurlarına qısqanclıqla yanaşan antimilli ünsürlər İslam Oyunları və Formula-1 öncəsi yenidən uğursuz “kütləvi tamaşalar” təşkil etməyə cəhd göstərirlər
Son illərdə ölkəmizin əldə etdiyi iqtisadi-siyasi nailiyyətlərin anti-azərbaycançı, ermənipərəst dairələri narahat etməsi sirr deyil. Bəzi maraqlı xarici qüvvələrin oyuncağına çevrilmiş, ölkə daxilində özünü “müxalifət” qismində təqdim etməyə çalışan qondarma “Milli şura”, eləcə də anti-azərbaycançı qüvvələrin əlaltısı AXCP sədri Əli Kərimlinin timsalında antimilli fəaliyyətlə məşğul olanların Azərbaycanın əldə etdiyi mədəni, siyasi, iqtisadi, hətta idman sahəsindəki uğurlarına belə qısqanclıqla yanaşdığı, o cümlədən ölkəmizdə bərqərar olan demokratik prinsiplərə kölgə salmağa cəhd göstərməsi də hər kəsə bəllidir. Qarşıdan gələn IV İslam Oyunları öncəsi radikalların yenidən “fəallaşması” da məhz bu amillə bağlıdır. Qeyd edək ki, bu ilin may ayında ölkəmizdə mühüm kütləvi idman yarışlarından biri - “İslam Olimpiadası” adlandırılan İslam Oyunları, ardından isə Formula-1 keçiriləcək. Bu səbəbdəndir ki, Azərbaycan xalqına düşmən kəsilən, antimilli maraqların müdafiəçisi qismində çıxış edən radikal ünsürlər Azərbaycan dövlətinə qarşı bütün qüvvələrlə, hətta ermənilərlə belə əməkdaşlığa hazır olduqlarını, onlardan gələn direktivləri yerinə yetirdiklərini bir daha nümayiş etdirirlər.
Vurğulandığı kimi, Azərbaycanın qarşıdan gələn beynəlxalq idman bayramına uğurla ev sahibliyi edəcəyi haqda pozitiv proqnozlar dağıdıcı ünsürlərin və onların xaricdəki sifarişçilərinin yuxusunu artıq ərşə çəkib. Bu səbəbdəndir ki, qondarma şura və onun kimi ermənilərə xidmət göstərən digərləri aprelin 8-də “kütləvi aksiya” şousu keçirmək haqda göstəriş alıblar. Radikal düşərgə bu addımı ilə bir daha fürsətcil, satqın, xalqına, dövlətinə xəyanəti “konsepsiya” kimi qəbul edən “beşinci kolon” statusu daşıdığını isbat etmiş oldu.
Bir məqama xüsusi toxunmaq gərəkdir ki, Azərbaycan dövləti indiyə qədər bir sıra mühüm beynəlxalq statuslu idman yarışlarına, eləcə də mədəni tədbirlərə uğurla ev sahibliyi edib. Ölkəmizə gələn qonaqlar, eləcə də idmançılar və mədəniyyət nümayəndələri Azərbaycanda müşahidə olunan inkişafı, ölkəmizin son illərdə əldə etdiyi uğurları xüsusi olaraq vurğulayırlar. Bununla yanaşı, bu cür kütləvi tədbirlər Azərbaycanın turizm potensialının daha da artmasına yol açır, ölkəmizin dünyada təbliğinə xüsusi töhfələr verir. Həm də bu səbəbdəndir ki, dünya erməniliyinin əlaltısı olan radikal müxalifət təmsilçiləri yaymağa çalışdığı yalanları, şər-böhtanları özlərinin şüarlarına çevirməklə kütləvi iğtişaşlar salmaq üçün planlar cızır, cəhdlər göstərirlər. Bunu sübut edən fakt isə satqın düşərgə təmsilçilərinin məhz həmin beynəlxalq tədbirlər öncəsi “kütləvi aksiya” keçirmək qərarını verməsidir. Yəni, əgər dağıdıcı müxalifət anti-azərbaycançı dairələrin, konkret olaraq ermənilərin planlarında rol almırsa, nə üçün düşərgə təşkilatlarının nümayəndələri kütləvi idman bayramları öncəsi mitinq-şoularına əl atır? Demək ki, siyasi arenanın autsayderi olan radikal düşərgə partiyaları, sadəcə, onlara ağalıq edən xarici dairələrin ölkəmizə qarşı planlarında yer almaqla “öz vəzifə borcları”nı yerinə yetirmiş olurlar. Xatırlatmaq yerinə düşər ki, onların bu xəyanətkar addımı “Eurovision” mahnı yarışmasının final mərhələsinin ölkəmizdə keçirildiyi dövrdə də, birinci Avropa Oyunları öncəsində də müşahidə edilmişdi.
Bəli, artıq Əli Kərimli, Cəmil Həsənli və əmrə müntəzir satqınlar şurası öz yalanlarının içində əriməkdədir. Pul qarşılığında dövlətinin, xalqının mənafeyini satan, Azərbaycanın uğurlarına kölgə salmağa çalışan “sapı özümüzdən olan” bu cür “baltalar” bununla bir daha öz simalarını xalqa, cəmiyyətə nümayiş etdirmiş olurlar. Siyasi karyeraları uğursuzluqlara köklənən və siyasi bitkinliklərini məhz bu cür uğursuz “kütləvi tamaşalar” təşkil etməklə ört-basdır etməyə çalışan radikal ünsürlərin növbəti dəfə acı fiasko ilə üz-üzə qalacağı indidən bəllidir. Çünki siyasi mübarizə meydanından hər dəfə məğlub ayrılan, xalqın dəstəyini qazana bilməyən, mənfur düşmənlərlə əlbir olması addımbaşı sübuta yetirilən belələrinin payına hər zaman məyusluq düşür...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

