/ / Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar
Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar
22.12.2024 [18:06]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçiriləcək Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları dekabrın 22-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.
Komitədən bildirilib ki, görüş zamanı rektor Aqil Şirinov forum iştirakçılarına Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə yaradılmış institutun bakalavriat səviyyəsində təhsil “İslamşünaslıq” və “Dinşünaslıq” ixtisasları üzrə həyata keçirilir. Tələbələrə ixtisas fənləri ilə yanaşı, multikulturalizm, Azərbaycan tarixi, fəlsəfə, məntiq, eləcə də ərəb və ingilis dilləri tədris edilir. Aİİ-nin magistratura və doktorantura təhsil pillələri barədə də məlumat verən rektor əlavə edib ki, ali təhsil müəssisəsinin başlıca hədəflərindən biri ictimaiyyətə dinin düzgün şəkildə çatdırılmasını təmin etmək məqsədilə araşdırmalar aparmaq, cəmiyyətin din sahəsindəki ehtiyaclarını izləmək, yaranan problemlərə dair həll yolları təklif etməkdir.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin yaradılması və fəaliyyəti barədə din xadimlərinə məlumat verib. Komitə tərəfindən İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması ilə bağlı keçirilən müsabiqədə Aİİ məzunlarının fəallığını diqqətə çatdıran sədr müavini onların ölkəmizin müxtəlif bölgələrində imam, imam müavini və dini ayinlərin icraçısı kimi çalışdıqlarını xatırladıb.
Forum iştirakçıları institut və kollecdə tələbələr üçün yaradılan şəraitlə də tanış olublar.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxSosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46

