Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiya ABŞ-ı üzr istəməyə çağırıb

Yaponiya ABŞ-ı üzr istəməyə çağırıb

09.08.2024 [08:32]

ABŞ 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombalarına görə Yaponiya və onun xalqından üzr istəməlidir. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə Yaponiya parlamentinin yuxarı palatasının üzvü Muneo Suzuki məlumat verib.

Onun fikrincə, ABŞ prezidenti Co Bayden keçən ilki Yeddilik Qrupu  sammitində yapon xalqından üzr istəməli idi. Həmçinin, Amerika lideri atom bombalarından istifadənin yanlışlığını və yolverilməzliyini tanımalı idi, lakin bu baş vermədi. 

“Mən buna qəzəblənirəm. Heç vaxt belə üzr istəmədiyi üçün hesab edirəm ki, sammitdə bunu deməyə məcbur olmalı idilər. Hər şey Amerikanın istədiyi kimi gedir”, - deyə Suzuki bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Yaponiyadakı səfiri Rahm Emanuel 9 avqust 1945-ci ildə Naqasakinin nüvə bombalanmasının ildönümü ilə bağlı anım mərasiminə qatılmaqdan imtina etmişdi.

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 697 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31