Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya /  “Humanitar” kodlu müharibə təhrikçiləri...

 “Humanitar” kodlu müharibə təhrikçiləri...

13.09.2024 [09:25]

 ABŞ Ukraynaya ayırdığı maliyyə yardımına niyə fərqli ad qoyur?

İki ildən artıqdır mərkəzi Avropada davam edən müharibə bir sıra siyasi mərkəzlər tərəfindən həm də “qütblərarası savaş” adlandırılır. SSRİ-nin varlığını itirməsilə başa çatan “soyuq müharibə” bu gün fərqli libasda özünü biruzə verir - genişmiqyaslı “maliyyə sanksiyaları”, iqtisadi bloklama, siyasi “təkləmə” kimi yeni strateji xəttlər hibrid müharibənin əsas elementləri qismində çıxış edir.

Vurğulandığı kimi, siyasi ekspertlər Rusiya-Ukrayna müharibəsində də bu kimi maraqların yer aldığına əmindirlər - döyüş meydanda iki qonşu dövlətin silahlı birlikləri qarşı-qarşıya dursalar da, beynəlxalq müstəvidə Rusiyanın rəqibləri daha fərqli saya və immunitetə malikdir. Başqa sözlə, müharibə daha açıq fonda kollektiv Qərb və Kreml arasında gedir.

Qərb əsl üzünü gizlətmir...

Maraqlı paradoks yaranır - Ukraynada müharibənin daha geniş və dağıdıcı olması üçün “əlindən gələni” edən dövlətlər, digər yandan özlərinin “humanitar” simalarının təşviqi üçün can yandırırlar. Halbuki Türkiyənin sülhpərvər mövqeyi iki dövləti eyni masa arxasında müzakirəyə qədər gətirmişdi. Qərbin “heç bir sülhdən söhbət gedə bilməz” isterikası danışıqları birinci raunddaca “nokauta” göndərmişdi. Bleləliklə, Qərbin, xüsusilə də ABŞ-ın “F-16” ixracı, silah ötürməsi, hətta fərqli dövlətlərin əli ilə canlı əsgər təminatı müharibəni daha qanlı və faciəvi mərhələyə yönləndirmişdi. Hətta bəzi məqamlarda Avropanın bir sıra dövlətlərinin silahlandırmaya və maliyyələşməyə qarşı tutduğu mövqe belə “xəyanət” kimi dəyərləndirilirdi - Qərb özünün antidemokratik simasını Ukraynaya yönəlik münasibətinə görə Macarıstanı hədəfə alanda daha açıq göstərmişdi.

Demokratlar çətin durumda - cəmiyyət müharibə istəmir...

Artıq situasiya dəyişir. ABŞ-da seçkiqabağı proseslər demokratları “düşüncəyə qərq edib”. Prezidentliyə namizədlərin sentyabrın 10-da Filadelfiyada baş tutan debatında da eks-prezident Trampın “müharibəni bitirəcəm” bəyanatı Harrisi susmağa məcbur qoymuşdu. Çünki müharibənin davam etməsində israrçı olmaları Harrisi və onu dəstəkləyən komandanın əsl planlarını ifşa edə bilərdi. Onsuz da bütün dünya ABŞ-ın hazırki hakimiyyətinin daha çox destruktiv vəziyyətə, qeyri-stabil duruma söykənən xarici siyasət kursunu fakt və arqumentlərlə təhlil etməkdədir. Belə olan təqdirdə...

ABŞ müharibənin gedişində Ukraynanı “tək qoymamaq” üçün planlarında dəyişikliyə gedir. Yəni, ilk dəfədir ki, “humanitar” yardım adı ilə maliyyə dəstəyi maliyyə dəstəyi nümayiş etdirir. Amma bu vəsaitin  “humanitar” pərdəsinin arxasında yeni silah-sursatın alınması məqsədi dayanır. Bunu hətta Qərbin aparıcı nəşrləri belə öz səhiflərində yazmaqdan çəkinmirlər - Ağ Evdə proqnozlaşdırılan mümkün dəyişiklik artıq müharibədən bezmiş Avropa cəmiyyəti üçün də yeni mənzərə yaradıb.

“B” planı - humanitar ad altında yeni “aksiya”

Vurğulandığı kimi, Bayden hakimiyyətinin “B” planına müraciət etməsinin hazır nümunəsi də mövcuddur. Belə ki, Kiyevə səfər edən ABŞ dövlət katibi Antoni Blinken hansı səbəbdənsə öz “müttəfiqlərinə” göstərəcəkləri hərbi yardımdan danışmır. Tam əksinə, Vaşinqtonun bu dəfəki missiyası “humanitar” kod altında gizlənir. Belə olmasaydı, Ukraynaya elektrik şəbəkələrinin təmiri üçün 325 milyon dollar, humanitar yardım olaraq 290 milyon dollar və minaların təmizlənməsi üçün 100 milyon dollardan çox vəsait ayrılardımı? Bundansa, sülh danışıqlarını dəstəkləmək, bunun üçün səy göstərmək daha məntiqli olmazdımı? Axı, müharibə hələ dayanmayıb və ABŞ-ın bu “humanitar” addımı hazırki situasiyada heç bir məna kəsb etmir. Yeni “qurulacaq” infrastrukturun da sıradan çıxma ehtimalı böyükdür...

Göründüyü kimi, ABŞ özünün “müharibə təhrikçisi” obrazını yaddşlardan silmək, ən azından arxa plana keçirmək üçün yeni yol düşünüb. Hətta antiRusiya koalisiyasında müttəfiq olduğu bəzi ölkələri də bu yola sövq edib - təbii ki, bu da Fransa kimi adı nekolonialist  siyahılardan əskik olmayan ölkələr üçün “göydəndüşmədir”.

Müharibə diletantlığı sona yetir...

Təbii ki, müharibənin mənfi yükləri bütün tərəflər üçün özünü açıq şəkildə biruzə verir. Nə Rusiya, nə Ukrayna, nə rəsmi və ya qeyri-rəsmi tərəfdaşlar, himayədarlar müharibənin nəticələrindən hansısa xeyir qazana bilməyib və bilməzlər - tam əksinə, başda ABŞ olmaqla Avropanın Ukraynaya göstərdiyi milyardlarla yardımın göyə sovrulması həmin ölkələrin cəmiyyətlərində də mənfi assosasiya yaradıb. Həmin mənfi as?osasiyanın nəticəsidir ki, bu gün Avropanın enerji təhlükəsizliyi təhdid altına düşür, müharibənin miqyasının genişlənməsi ilə bağlı ajiotaj zaman-zaman ölkələri öz ağuşuna alır. Eyni zamanda, bu mənfi assosasiya köhnə qitənin siyasi idarəçilik mexanizminə də təsirsiz ötüşmür - hazırki iqtidarlara qarşı kütləvi inamsızlıq, xüsusilə Fransada Makronun istefası tələblərinin intensivləşdirilməsi bunu sübuta yetirir.

Beləliklə, siyasi situasiyanın dəyişməsi Ukrayna-Rusiya müharibəsi üçün də yeni zəmin formalaşdıra bilər. Xüsusilə qeyd edildiyi kimi, ABŞ-da hakimiyyət dəyişikliyi müharibə diletantlığından əl çəkməyən qrupun bu fəaliyyətinə son vermək üçün ən real situasiya sayılır.

SADİQ

Paylaş:
Baxılıb: 369 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30