Onları qorumaq borcumuzdur
04.10.2024 [07:36]
Beynəlxalq Heyvanları Müdafiə Günüdür...
Heyvanlara qayğı göstərmək hər birimizin insanlıq vəzifəsidir. Bu canlıları qorumaq təbiətimizi, dünyamızı və həyatımızı qorumaq deməkdir. Araşdırmalara görə, heyvanlara qayğı göstərmək insanlarda, xüsusilə də azyaşlı uşaqlarda məsuliyyət hissini artırır. Bəzi valideynlər övladlarına ev heyvanları ilə oynamağı qadağan edir. Bu zaman azyaşlılarda onlara qarşı fobiyanın yaranması qaçılmazdır. Təəssüf ki, belə hallar gələcəkdə onların heyvanlara qarşı kobud rəftarı üçün bir zəmin yaradır.
Hər il oktyabrın 4-ü Heyvanların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Heyvanların Müdafiə Günü insanların heyvanlara qarşı qəddarlığını dayandırmaq, hər bir canlının layiq olduğu həyatı yaşaması üçün cəmiyyəti bu barədə maarifləndirmək məqsədilə heyvan hüquqları və rifahını qeyd edən xüsusi bir gündür. Heyvanların Beynəlxalq Müdafiəsi Günü orta əsr İtaliyasında heyvanların himayədarı olaraq tanınan müqəddəs Fransiskin vəfat etdiyi gün olaraq 4 oktyabr seçilib.
Heyvanların da hüquqları var...
15 oktyabr 1978-ci il tarixində Parisdə YUNESKO-da elan edilmiş Heyvan Hüquqlarının Ümumdünya Bəyannaməsinə əsasən, heyvanlar müəyyən hüquqlara malikdirlər. Belə ki, bütün heyvanlar bərabər hüquqlarla doğulurlar və eyni yaşamaq hüququna malikdirlər. Onların da hörmət olunmaq hüququ var. İnsan başqa heyvanları məhv edə bilməz. O, bu hüququ pozaraq onlardan istifadə edə bilməz. Bütün heyvanların qayğı və müdafiə hüququ var. Heç bir heyvana pis rəftar və qəddarlıq sərgilənə bilməz. Əgər heyvanı öldürmək məcburi şəkildə lazımdırsa, bu, ağrı vermədən və qorxutmadan dərhal edilməlidir. Bütün vəhşi heyvanların quruda, havada və suda öz şəxsi təbii mühitində yaşamaq və çoxalmaq hüququ var.
Bütün işləyən heyvanların məhdud iş vaxtı və intensivliyi, güclərini artırmaq üçün qidalanma və istirahət hüququ var. Heyvanlara fiziki və ya psixoloji ağrı verən təcrübələr heyvanların hüquqlarına ziddir. İstər tibbi, istər elmi, istər kommersiya, istərsə də başqa cür təcrübələr üçün belədir. Heyvan yemək üçün yetişdirilsə belə, ona baxılmalı, saxlanmalı, daşınmalı, ölümü iztirabsız və qorxusuz olmalıdır. Heyvanlardan insanların əylənməsi üçün istifadə edilə bilməz, heyvanlara baxmaq və heyvanlardan istifadə edilən şoular heyvan ləyaqətinə ziddir.
Çoxlu sayda vəhşi heyvanın öldürülməsi mənasına gələn hər hansı əməl soyqırımdır, yəni cinayətdir. Heyvanların ölümünə də hörmət edilməlidir. Heyvanların öldürüldüyü zorakılıq səhnələri kino və televiziyada qadağan edilməlidir. Heyvanların hüquqları insan hüquqları kimi qanunla qorunmalıdır.
“Qırmızı kitab”a düşən heyvanların sayı artır
Nəsli kəsilməkdə olan heyvanların sayı ilbəil artır. Təkcə Azərbaycanda 1989-cu ildə nəşr edilmiş “Qırmızı kitab”a 188 heyvan adı daxil edilmişdisə, 2013-cü ildə kitabın yenidən nəşrində 223 heyvan növü yer alıb. İqlim dəyişiklikləri, insanların təbiətə və heyvanlara laqeyd yanaşması, öz mənafeləri naminə heyvanların öldürülməsi “Qırmızı kitab”a düşən növlərin sayını artırır.
Təəssüf ki, bu siyahını daha da artırmaq mümkündür. Hər biri möhtəşəm görünüşə və heyratamiz qabiliyyətlərə sahib olan bu heyvanların təbiətdən silinəcək olması çox təəssüfedici haldır. Nəsli kəsilən hər bir canlı təbiətimizdə ağır yaralar açır. Bunun qarşısının alınması isə onlara ən çox ziyan vuran bizə düşür. Bir çox ölkələrdə heyvanların qorunması üçün addımlar atılıb. Məsələn, Avstriyada heyvanlar haqqında bir sıra qanunlar qəbul edilib. Bu qanunlara əsasən, toyuqları dar qəfəsdə saxlamaq, itlərin quyruğunu və qulaqlarını kəsmək, bağlamaq və digər heyvanlara qarşı edilən qəddarlıqlar cinayət hesab olunur və ağır şəkildə cəzalandırılır. Bununla bağlı bir çox ölkələrdən misallar gətirə bilərik. Ölkəmizdə də heyvanların qorunması üçün qanunlar qəbul edilib və ciddi addımlar atılıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

