Rusiya və Türkiyə prezidentlərinin görüşü...
25.10.2024 [09:34]
Görüşdə Cənubi Qafqaz regionunda vəziyyət də müzakirə olunub
Kazan şəhərində keçirilən BRICS sammiti çərçivəsində Rusiya və Türkiyə dövlət başçılarının görüşü olub. Görüş təxminən bir saat davam edib. Görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya-Türkiyə münasibətləri mehriban qonşuluq və konstruktiv xarakter daşıyır. O, Türkiyə ilə BRICS arasında sıx əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib.
Putin: Ölkələrimiz arasında enerji sektorunda strateji əhəmiyyətli əlaqələr qurulub
Rusiya Prezidentinin sözlərinə görə, Moskva ilə Ankara arasında enerji sektorunda strateji əhəmiyyətli əlaqələr qurulub: “Rusiya Türkiyənin etibarlı, zamanla sınaqdan keçmiş təbii qaz tədarükçüsüdür. Ötən il “Mavi axın” və “Türk axını” boru kəmərləri ilə 20,5 milyard kubmetr qaz ixrac edilib”. Putin Türkiyədə beynəlxalq qaz qovşağının yaradılmasına hazırlıqların davam etdiyini bildirib. “Həmişə olduğu kimi, görüşümüzdə ölkələrimiz üçün xüsusi əhəmiyyət kəsb edən regional məsələlər, Suriyada sülh prosesi və Transqafqazda vəziyyətin normallaşması da müzakirə mövzusudur. Təbii ki, Ukrayna böhranı ətrafında vəziyyət barədə sizə məlumat verməyə hazıram”, - deyən V.Putin Rusiya və Türkiyənin Yaxın Şərqlə bağlı prinsipial mövqelərinin eyni olduğunu da vurğulayıb.
Rusiya lideri Ankarada Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilən terror aktını pisləyib və başsağlığı verib.
Ərdoğan: Ən qısa zamanda sizi Türkiyədə görmək istəyirəm
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə rusiyalı həmkarına dəvətə görə təşəkkür edib və Putinlə yenidən görüşməkdən məmnun olduğunu bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “3+3” regional əməkdaşlıq platforması ilə əlaqədar ötən həftə İstanbulda olduğunu xatırladan Ərdoğan, “İndi mən sizi əziz dostum, ən qısa zamanda Türkiyədə görmək istəyirəm” deyib.
Ərdoğan Türkiyənin Rusiya ilə əlaqələrinin gücləndiyini və inkişaf etdiyini və bunun hər sahədə davam etdirilməsi üçün səylərin davam etdiyini bildirib. Türkiyə ilə Rusiyanın Suriya məsələsində yaxın koordinasiyasının bütün tərəflərin marağında olduğunu deyən prezident Ərdoğan, Türkiyənin PKK/YPG başda olmaqla bütün terror təşkilatlarına qarşı mübarizədə qərarlı olduğunu bildirib və bu cəhdlərə birlikdə qarşı çıxmağın vacibliyinə işarə edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığı üçün təşəkkür edib və terror aktında 4 nəfərin həlak olduğunu, 14 nəfərin yaralandığını bildirib. O, Rusiya liderinin Türkiyəyə səfər edəcəyini gözlədiyini bildirib. Türkiyə Prezidentinin sözlərinə görə, ölkəsi ilə Rusiya Federasiyası arasında banklararası əməliyyatların normallaşdırılması istiqamətində səylər davam edir.
İki ölkənin əməkdaşlığı bölgədə təhlükəsizliyin təmin olunması üçün faydalıdır
Nəzərə almaq lazımdır ki, Türkiyə indiyədək Rusiya-Ukrayna münaqişəsində sırf barışdırıcı mövqedən çıxış edib. Qardaş ölkənin və onun liderinin bu mövqeyi qlobal miqyasda, BMT səviyyəsində yüksək dəyərləndirilir. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm Kreml, həm də Kiyevlə təmasdadır. Türkiyə böyük dövlətdir və bölgədə baş verən proseslərə təsir imkanları var. Son illər Türkiyə regional güc kimi özünü təsdiq edib. Yaxın Şərq böhranı ilə bağlı rəsmi Ankaranın oynadığı rol beynəlxalq birliyə çox yaxşı məlumdur. Hazırda isə Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsi üçün Türkiyənin böyük fəallığı göz önündədir. Qeyd etdiyimiz kimi, Türkiyənin təşəbbüslərinə müharibənin tərəfi olan hər iki ölkə etimad göstərir. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya Ukraynaya fəal dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir, eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb. “Taxıl dəhlizi” haqqında sazişin imzalanmasında və bir müddət icra olunmasında da Ankaranın rolu xüsusi qeyd edilməlidir.
Hər iki ölkə Cənubi Qafqaz, eləcə də Suriya məsələsində də fəal müzakirələr aparır ki, bu da bölgədə sülh və təhlükəsizliyin təmin olunması baxımından faydalıdır. Bütün bunların fonunda Rusiya-Türkiyə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58

