Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukraynanın enerji infrastrukturuna kütləvi hava hücumu olub

Ukraynanın enerji infrastrukturuna kütləvi hava hücumu olub

17.11.2024 [16:19]

Rusiya noyabrın 17-də kütləvi hava hücumu zamanı Ukraynaya 120 raket atıb və 90 kamikadze dronu göndərib. Hava hücumundan müdafiə qüvvələri 140-dan çox hava hədəfini məhv edib

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Teleqram səhifəsində yazıb.

Zelenski bildirib ki, gecə və səhər saatlarında Rusiya ordusu müxtəlif tipli pilotsuz uçuş aparatlarından, o cümlədən “Şahed” dronundan, qanadlı, “Zirkon”, “İskəndər” və “Kinjal” ballistik və aeroballistik raketlərdən istifadə ediblər.

Zelenski əlavə edib ki, hazırda enerji verilişi dayanan ərazilər var və hücumun nəticələrini aradan qaldırmaq üçün bütün lazımi qüvvələr səfərbər edilib.

Bir çox ərazilərdə partlayışlar və hava hücumundan müdafiə vasitələri işə düşüb. Nikolaev, Dnepr, Rivne, Volın, İvano-Frankovsk, Lvov, Vinnitsa vilayətlərində dağıntılar qeydə alınıb.

Kiyevdə dağıntılar nəticəsində bir nəfər xəsarət alıb.

Enerji obyektlərinə hücumla əlaqədar bütün Ukraynada elektrik enerjisi kəsilib. Bəzi şəhərlərin su təchizatında problemlər yaşanır.

Paylaş:
Baxılıb: 645 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30