Rəsmi Tbilisi Qərbə “yox” deyir
30.11.2024 [11:12]
Qonşu Gürcüstanda cari ildə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının təşəbbüsü ilə parlamentdə xarici təsirin şəffaflığının təmin edilməsi və ailə dəyərlərinin, milli ləyaqətin qorunması ilə bağlı iki mühüm qanunun qəbul edilməsi fonunda başlayan müxalifət - hakimiyyət qarşıdurması oktyabrın 26-da baş tutan parlament seçkilərindən sonra daha gərgin fazaya daxil olub. Seşkilərin müvafiq qurum tərəfindən təsdiqlənən nəticələrinə əsasən, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası on birinci çağırış Gürcüstan parlamentində 150 mandatdan 89-nu qazanıb. Mərkəzi Seçki Komissiyasının (MSK) yekun protokoluna görə, qalan 61 mandatdan 19-na “Dəyişiklik üçün Koalisiya”, 16-sına “Birlik - Milli Hərəkat”, 14-nə “Güclü Gürcüstan”, 12-nə isə “Qaxariya Gürcüstan üçün” partiyaları sahib olublar. Bununla da, qonşu və dost ölkədə seçkilər baş tutmuş hesab olunur.
Müxalifət isə MSK-nın təsdiqlədiyi nəticələrlə hesablaşmır və seçkilərin qanun pozuntuları şəraitində keçirildiyini, nəticələrin saxtalaşdırıldığını iddia edir. Artıq parlamentin ilk iclasının keçirilməsinə və qanunverici orqanın səlahiyyətlərinin təsdiqlənməsinə baxmayaraq, müxalifət etirazları davam etdirir. Qeyd edək ki, hakimiyyət daxilində də parçalanma yaranıb. O cümlədən prezident Salome Zurabişvili də müxalifət sıralarında yer alır.
Son gecə aksiyasında 32 polis əməkdaşı yaralanıb
Prezident S.Zurabişvilinin çağırışına əsasən müxalifət permanent etirazlar taktikasına keçib. Parlamentin yaxınlığındakı küçələrdə çadırlar qurulub, tonqallar yandırılıb. Müxalifət hətta ayrı-ayrı fraksiyaların deputat mandatından imtina edən təmsilçilərindən ibarət alternativ parlamentin formalaşdırılması iddialarından çıxış edir. Hərçənd ki, müxalifət mövqeyində dayanan fraksiyalardan deputat mandatı qazanan təmsilçilərin sayı buna imkan vermir. Gürcüstan qanunvericiliyinə əsasən, parlamentin səlahiyyətli sayılması üçün minimum 76 deputat mandatı tələb olunur.
Hələlik müxalifət etirazlarını davam etdirir. Birləşmiş müxalifətin noyabrın 28-də axşam saatlarında başladığı etiraz aksiyası insidentsiz ötüşməyib. Gecə saatlarında aksiya iştirakçıları ilə asayiş keşikçiləri arasında qarşıdurma yaranıb. Nəticədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) 32 əməkdaşı xəsarət alıb.
Bu barədə Gürcüstan DİN məlumat yayıb. Bildirilir ki, xəsarət alan polis əməkdaşından 13-nə cərrahiyyə əməliyyatı lazım olub, 1 polis hələ də xəstəxanadadır. Polisə tabe olmamaq və inzibati qaydanı pozmaq ittihamı ilə 43 nəfər saxlanılıb. Qeyd edək ki, etirazçılar polisə müxtəlif əşyalar, tüstü bombaları atıb və polis əməkdaşlarının gözlərinə lazer tutublar. Müxalifətin əsas ideoloqu qismində çıxış edən S.Zurabişvili xalqa müraciət ünvanlayaraq insanları “divandan qalxmağa və təslim olmamağa” çağırıb. “Bu gün bu ölkədə yeganə qanuni institut mənəm, bu ölkənin yeganə qanuni nümayəndəsiyəm, cəmiyyətimiz adından dünyaya danışmaq hüququna malik olan yeganə insanam. Mən bunu edəcəm və sona qədər burada, sizin və ictimaiyyətin yanında olacağam”, - deyə müraciətdə vurğulanır.
Gürcüstan Aİ ilə yollarını ayırır
Gürcüstanda yaşananlar əslində kollektiv Qərbin Cənubi Qafqaz siyasətindən qaynaqlanır. ABŞ, Avropa İttifaqı (Aİ) bölgədə Rusiyanın maraqlarına zərbə vurmaq istəyir və bu məqsədlə region dövlətlərindən platforma qismində istifadə etməyə çalışır. Fürsətcil Ermənistan Qərbdən gələn çağırışlara “hə” deyir. Həmişə milli maraqlarından çıxış edən və müstəqil siyasət aparan Azərbaycan, təbii ki, öz ərazisinin kənar güclər üçün platformaya çevrilməsinə birmənalı şəkildə razılıq vermir. Gürcüstanın hazırkı rəhbərliyi də Qərbin ələalma və yaxud şantaj siyasətinə boyun əymir və milli maraqlarını önə çəkir. Yuxarıda bəhs etdiyimiz iki qanun da məhz milli maraqlar əsas götürülməklə qəbul olunub. Bundan əndişələnən Qərb isə rəsmi Tbilisidən qisas almaq üçün yeni “rəngli inqilab” ssenarisini işə salıb. Artıq Avropa İttifaqı, ABŞ Gürcüstana maliyyə dəstəyini dayandırıb. Son olaraq isə bu günlərdə Avropa Parlamenti Gürcüstanın hökumət rəhbərlərinə sanksiya tətbiq edilməsi ilə bağlı qətnamə qəbul edib. 444 deputat qətnamənin lehinə, 72 nəfər isə əleyhinə səs verib. Qətnamədə Gürcüstanın bəzi rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiqi tələb edilir. Həmçinin Gürcüstan vətəndaşlarının vizasız gediş-gəlişi rejiminə yenidən baxılması təklif olunur.
Lakin hər şeydən göründüyü kimi, dost ölkənin hazırkı rəhbərliyi güclü milli iradəyə malikdir və Qərbin ənənəvi şantaj vasitələrinə boyun əymir. Qərbə itaətkar Gürcüstan lazımdır. İ.Kobaxidze hökuməti isə real müstəqillik prinsiplərindən çıxış edir.
“Gürcüstan hakimiyyəti Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər gündəliyə gətirməyəcək”. Bu fikri Baş nazir “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının ofisində keçirdiyi brifinqdə ifadə edib.
Kobaxidze qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması Gürcüstanı təhdid etmək üçün alət kimi istifadə olunur. Bu cür təhdidlər Gürcüstana namizədlik statusu məsələsində də edilib. “Avropa İttifaqına inteqrasiyanın mərhəmət kimi müzakirə olunması qətiyyən yolverilməzdir” - deyə, Kobaxidze vurğulayıb.
Baş nazir həmçinin Avropa Parlamentini Gürcüstanla bağlı qətnaməyə görə sərt tənqid edib. Belə görünür ki, rəsmi Tbilisi Aİ ilə yollarını ayırır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

