Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qətərdə 5-ci İqtisadi Forum keçiriləcək

Qətərdə 5-ci İqtisadi Forum keçiriləcək

02.01.2025 [22:27]

Mayın 20-22-də 5-ci Qətər İqtisadi Forumu keçiriləcək. Tədbir “Bloomberg”lə əməkdaşlıq şəraitində təşkil olunacaq.

AZƏRTAC forumun rəsmi saytına istinadla xəbər verir ki, tədbir çərçivəsindəki plenar iclaslarda biznes, investisiyalar, ticarət, enerji, təhlükəsizlik, texnologiya və innovasiya mövzularında müzakirələr aparılacaq.

Qeyd edək ki, ötən il mayın 14-16-da keçirilmiş 4-cü Qətər İqtisadi Forumunda 70-dən çox natiq, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq xəbər sənayesinin rəhbərləri, qlobal investorlar, idman, mədəniyyət və əyləncə sahələrinin liderləri çıxış ediblər. Plenar iclaslarda 1500-dən çox insan iştirak edib. Onlar arasında yüksək səviyyəli şəxslər, mütəxəssislər, texnologiya sahələrinin rəhbərləri, siyasətçilər, iri maliyyəçilər və media nümayəndələri də olub.

Paylaş:
Baxılıb: 312 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30