Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliya Prezidenti türkiyəli həmkarına başsağlığı verib

İtaliya Prezidenti türkiyəli həmkarına başsağlığı verib

22.01.2025 [14:40]

İtaliya Prezidenti Sercio Mattarella Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, Sercio Mattarella Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insan itkisi ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

“Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insan itkisi ilə əlaqədar İtaliya Respublikası və şəxsən öz adımdan sizə dərin hüznlə başsağlığı verirəm. Bu faciədə həlak olanların ailələrinin kədərini həmrəylik hissi ilə bölüşür və yaralananların tezliklə sağalmasını arzu edirəm”, - deyə İtaliya Prezidentinin məktubunda qeyd olunur.

Paylaş:
Baxılıb: 250 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30