Suriya ərəb dünyasına geri qayıdır
04.02.2025 [10:56]
Suriya ərəb dünyası ilə əlaqələri bərpa etmək niyyətindədir - yaxın zamanda rəsmi Dəməşqin Körfəz ölkələri ilə münasibətlərinin bərqərar olunmasına şahidlik edə bilərik. Fevralın 2-də Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şəraa Səudiyyə Ərəbistana rəsmi səfər edib - bu, onun müvəqqəti hökumətin XİN rəhbəri Əsəd Həsən əl-Şibaninin müşayiəti ilə baş tutan ilk xarici səfəridir. Səfər zamanı əl-Şəraa Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə görüşüb. Qeyd edək ki, Suriyanın yeni rəhbərinin səfərindən əvvəl Dəməşqə Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan və Qətər Əmiri Təmim bin Həməd əl-Tani səfər edib.
Suriyanın “SANA” dövlət agentliyinin məlumatına görə, Əhməd əl-Şəraa ilə Məhəmməd bin Salman arasında baş tutan görüşdə Suriyanın gələcək təhlükəsizliyi və regiondakı hazırki proseslər, o cümlədən ikitərəfli diplomatik-siyasi və iqtisadi ticari münasibətlərin bərqərar olunması istiqamətində atılacaq addımlarla bağlı məsələlər müzakirə olunub.
Görüşdən sonra əl-Şəraa bəyan edib ki, o, Səudiyyə Ərəbistanın vəliəhdi ilə məhsuldar görüş keçirib və Ər-Riyadın Suriyanın ərazi bütövlüyünün təmin olunmasında və bir dövlət kimi yenidən formallaşmasında iştirak edəcəyini ümid edir.
“Biz, bir çox sahələrdə, xüsusilə humanitar, iqtisadi və enerji sahələrində əməkdaşlıq perspektivləri barədə geniş müzkirə apardıq,” - deyən əl-Şəraa Dəməşq ilə Ər-Riyad arasında ikitərəfli münasibətlərin normallaşmasının Suriyada və regionda sülh, sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə töfhə verəcəyini vurğulayıb.
Əl-Şəraa ilk səfərini niyə məhz Ər-Riyada edib?
Suriyanın yeni rəhbəri Əhməd əl-Şəraanın ilk xarici səfərini Səudiyyə Ərəbistana etməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi ekspertlər Əl-Şəraanın bu səfərini siyasi məsələlərə bağlayırlar - belə ki, onlar hesab edirlər ki, yeni hakimiyyət Dəməşqin Ərəb Liqasına üzvlüyünün bərpa olunmasını və Suriya üzərində Qərbin sanksiyalarının tez bir zamanda aradan qaldırılmasını istəyir, habelə vaxtilə Əsəd hakimiyyətinin müttəfiqi olan qüvvələrin ölkədəki təsir imkanlarının məhdudlaşması üçün dəstəyə ehtiyacı var. Buna görə də yeni hakimiyyət Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə diplomatik-siyasi münasibətləri bərpa etmək marağındadır, daha doğrusu, ekspertlər belə düşünürlər ki, onlar öz amallarına Ər-Riyad və Körfəz ölkələrinin dəstəyi ilə nail ola bilərlər.
Bir qrup ekspert isə əl-Şəraanın səfərində daha çox iqtisadi məsələlərin dayandığını vurğulayırlar - onlar öz fikirlərini bununla əsaslandırırlar ki, yeni hakimiyyət Suriyada genişmiqyaslı yenidənqurma və bərpa-quruculuq işlərini aparmaq üçün Ər-Riyadın maliyyə yardımına ehtiyac duyur.
Təbii ki, hər iki tərəf öz fikirlərini arqumentləşdirirlər - neft-qaz ehtiyatları ilə zəngin olan Səudiyyə Ərəbistanı ərəb dünyasında əsas söz sahibi, geniş kapitala və mədəni təsir imkanlarına malik olan bir ölkədir. Bu baxımdan Suriyanın istər dövlət kimi yenidən qurulması, istərsə ərazi bütövlüyünün təmin olunması, istərsə də iqtisadiyyatının dirçəlməsində Türkiyə ilə yanaşı Ər-Riyad da əhəmiyyətli rol oynamaq iqtidarındadır.
Ər-Riyadın investisiyası nəyə xidmət edəcək?
Səudiyyə Ərəbistanı Yaxın Şərqdə, xüsusilə Körfəz bölgəsində geostrateji, geosiyasi və geoiqtisadi güc mərkəzidir - bu ölkə regionda 40 ildən çoxdur ki, sülh, sabitlik və təhlükəsizliyin təminatçısı rolunda çıxış edir - regiondan kənar olan istənilən ölkə addım atarkən Ər-Riyad ilə daim təmaslar saxlayıb və maraqlarını nəzərə alıblar. Bir məqamı da diqqətdən qaçırmaq olmaz ki, Qərb ölkələrinin regionla bağlı əlaqələri məhz Ər-Riyad ilə koordinasiyalı şəkildə baş tutub.
Suriyanın yeni dövrə qədəm qoymasında da şübhəsiz ki, Səudiyyə Ərəbistanı öz sözünü deyəcək - Ər-Riyadın bu ölkə ilə qədim siyasi və mədəni bağlantıları var. Suriyanın yeni hakimiyyəti Səudiyyə Ərəbistanı ilə münasibətləri bərpa etməkdə necə maraqlıdırsa, Ər-Riyad da o qədər maraqlıdır.
Suriyada şəhərlər, qəsəbələr və kəndlərin yenidən bərpası, yeni istehsal müəssisələrinin və enerji infrastrukturunun qurulmasında Səudiyyə Ərəbistanın, o cümlədən digər Körfəz ölkələrin şirkətlərinin də iştirak etməsi mümkündür- yaxın gələcəkdə Suriyaya böyük investisiya axın etməsi ehtimal olunur.
Bununla, Səudiyyə Ərəbistanı ərəb dünyasında siyasi və iqtisadi dayaqlarını daha möhkəmləndirəcək.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

