Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Həkimlər Papa Fransiskin həyati təhlükəsinin olmadığını bildiriblər

Həkimlər Papa Fransiskin həyati təhlükəsinin olmadığını bildiriblər

22.02.2025 [14:35]

Həkimlər xəstəxanada müalicəsi davam etdirilən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti ilə bağlı məlumat veriblər.

AZƏRTAC xəbər verir ki, Romadakı “Agostino Gemelli” xəstəxanasının həkimləri polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulan pontifikin ən azı bir həftə daha xəstəxanada qalacağını açıqlayıblar. Roma Papasının sağlamlıq vəziyyətinin tam düzəlmədiyi, lakin həyati təhlükəsinin olmadığı bildirilib.

Papanın bəzən nəfəs almaqda çətinlik çəkdiyi, tənəffüs dəstəyi verən heç bir cihazdan istifadə etmədiyi və əhvali-ruhiyyəsinin yaxşı olduğu qeyd edilib.

Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilib. Pontifik ötən illərdə sağlamlıq problemləri ilə əlaqədar bir neçə dəfə xəstəxanada müalicə olunub.

Paylaş:
Baxılıb: 429 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31