Çin AI-nin qlobal super bazarına çevrilir
11.03.2025 [23:34]
Süni intellekt (AI) mövzusu Çin parlamentinin illik iki sessiyası çərçivəsində keçirilən görüşlərdə və mətbuat konfranslarında daha geniş bir mənzərə yaradıb. Bu ölkənin rəhbərliyinin məqsədi iqtisadiyyatın əsasını təşkil edəcək qabaqcıl texnologiyalardan istifadə etmək və sürətlə AI-nin super bazarına çevrilməkdir.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, martın 11-də keçirilən 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin (NPC) üçüncü sessiyasına təqdim edilən hökumətin hesabatında “AI Plus” təşəbbüsünü irəli sürmək, genişmiqyaslı AI modellərinin geniş tətbiqini dəstəkləmək və yeni nəsil ağıllı terminallar, istehsal avadanlığı, o cümlədən yeni enerji, robotlar və AI ilə əlaqəli nəqliyyat vasitələri, AI-yə qoşula bilən robotlar və smartfonlar barədə təqdimatlar edilib.
Çinli deputatlar arasında süni intellektə dair qızğın müzakirələr zamanı bu texnologiyanın sənaye və gündəlik kontekstlərə inteqrasiyasını təşviq etmək və innovasiyaların necə bir araya gəldiyini parlaq şəkildə göstərən qısa filmlər üçün alqoritmik skript yaratmaqdan tutmuş robot istehsalına qədər innovativ tətbiqlərin panoramı təqdim olunub.
Qeyd olunub ki, Şençjen əyalətinin Pinqşan rayonundakı sənaye parkında sənaye süni intellekt modelləri 2000-dən çox cihazdan məlumat axınını təhlil edərək istehsal xətlərində saatda təxminən 30 proses parametrlərini avtonom şəkildə optimallaşdırmağa imkan verir. Bu istehsal nümunəsi Çinin süni intellektə daxil edilməsinə daha geniş təkan verməsinin yalnız bir aspektini təmsil edir. Çinin XPENG avtomobil markasının sədri He Şiaopenq hesab edir ki, avtomobil sektoru transformativ süni intellekt dövrünə yaxınlaşır və bu, özü ilə iki mühüm dəyişiklik gətirəcək.
2024-cü ildə Çinin yeni enerji daşıyıcılarının (NEV) istehsalı və satışı həcmi 12 milyon ədədi ötərək ardıcıl 10-cu ildir ki, dünyada lider mövqeyini qoruyub saxlayır. Bu ölkənin EV100 Tədqiqat və Siyasət İnstitutu bildirib ki, “AI Plus” böyük çoxdilli modellər, ağıllı qoşulmuş elektrik nəqliyyat vasitələri və robot texnikasında yeni inkişaf dalğasına təkan verməklə yerli avtomobil sənayesi üçün mühüm strateji fürsətə çevriləcək.
Məlumatlar göstərir ki, 2024-cü ilə qədər Çində 600 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi olan 200-ə yaxın generativ süni intellekt modeli qeydiyyatdan keçib və fəaliyyət göstərir. Hazırda bu ölkə dünya üzrə bütün sənaye robotlarının yarıdan çoxunu buraxıb, eyni zamanda, ahıl insanlara qulluq edən robotlar üçün beynəlxalq standartların hazırlanmasında liderdir.
Sənaye müşahidəçiləri güclü yeni genişmiqyaslı linqvistik model olan “DeepSeek”i Çində süni intellektin inkişafını sürətləndirəcək katalizator kimi alqışlayırlar. O göstərir ki, aşağı qiymətli hesablama gücü qeyri-adi nəticələr əldə edə bilər.
AI beyin mərkəzinin direktoru Tian Fenq bildirib: “Yaxın bir neçə ildə Çində kiçik və orta müəssisələr süni intellekt tətbiqetmələrini aktiv şəkildə qəbul edəcək, iri müəssisələr isə açıq mənbə platformalarından istifadə edərək sənaye modelləri hazırlayacaq. Biz “AI Plus”ın inkişafında dönüş nöqtəsinə yaxınlaşırıq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23

