Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Kreml: Ukrayna ilə memorandum üzərində iş qapalı rejimdə, amma dinamik şəkildə aparılır

Kreml: Ukrayna ilə memorandum üzərində iş qapalı rejimdə, amma dinamik şəkildə aparılır

21.05.2025 [20:46]

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya ilə Ukrayna arasında memorandumun hazırlanması üzrə iş diskret, ictimai olmayan formatda davam edir, lakin dinamik şəkildə gedir.

AZƏRTAC xəbər verir ki, Peskov “prosesi ləngitməkdə heç kimin maraqlı olmadığını” vurğulayıb və hadisələrin inkişafı barədə məlumat verəcəyini vəd edib.

“İşlərin əksəriyyəti diskret rejimdə aparılır və məlum səbəblərə görə o, ictimaiyyət üçün açıq olmamalıdır”, - deyə Kremlin sözçüsü qeyd edib.

O, həmçinin İstanbulda əldə edilmiş razılaşmaların icrasının, o cümlədən “1000-ə 1000” düsturuna əsasən hərbi əsirlərin mübadiləsinin davam etdiyini bildirib.

“İş İstanbulda əldə edilmiş razılaşmalara uyğun olaraq aparılır”, -deyə Peskov təsdiqləyib.

Paylaş:
Baxılıb: 405 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31