Almaniyada ümumi hərbi xidmətin bərpası ilə bağlı hazırlıqlara başlanması təklif olunur
15.06.2025 [12:28]
Almaniyada mühafizəkar siyasi düşərgəni təmsil edən Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) fraksiyası ölkədə ümumi hərbi xidmətin yenidən tətbiqi ilə bağlı hazırlıqlara başlanmasını təklif edir.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, CDU/CSU fraksiyasının rəhbəri Yens Şpan ümumi hərbi xidmətin bərpasına hazırlıq işlərinə başlanılmasının vacibliyini bildirib. O, “Rheinische Post” qəzetinə açıqlamasında Almaniya Silahlı Qüvvələrində (Bundesver) əlavə 60 min nəfər hesabına hərbi potensialı artırmaq məqsədilə lazımi infrastrukturun yaradılmasının vacibliyini vurğulayıb: “Bundesverdə ümumi hərbi xidmətə sürətli dönüşü mümkün edəcək struktur mütləq yaradılmalıdır”.
Y.Şpan qeyd edib ki, hazırkı qanunvericilikdə qadınlar üçün ümumi hərbi xidmət nəzərdə tutulmur. Qadınların da hərbi xidmətə cəlb olunması üçün Konstitusiya dəyişikliyinə ehtiyac olduğunu vurğulayan fraksiya rəhbəri qarşıdakı dörd il ərzində bu dəyişikliyin mümkün görünmədiyini vurğulayıb. Qeyd edək ki, Konstitusiya dəyişikliyi üçün Bundestaq və Bundesratda (əyalətlərin nümayəndələri palatası) üçdə iki səs çoxluğu tələb olunur.
Sabiq müdafiə naziri Anneqret Kramp-Karrenbauer isə qadınların da ümumi hərbi xidmətə cəlb olunmasını təklif edib. O, demoqrafik dəyişikliklər fonunda heç bir qrupun istisna edilməməsinin vacibliyini vurğulayıb.
Bundestaqın hərbi məsələlər üzrə müvəkkili Henninq Otte (CDU) kifayət qədər könüllü tapılmazsa, məcburi elementlərin tətbiqinin zəruriliyini bildirib.
Koalision hökumətin ortağı Sosial Demokratlar Partiyası (SPD) isə məsələyə daha ehtiyatlı yanaşır. Partiyanın müdafiə siyasəti üzrə sözçüsü Falko Drosman Bundesverin cəlbedici və elastik xidmət imkanları ilə gənclər üçün daha cazibədar hala gətirilməsinin prioritet olduğunu qeyd edib.
Bu partiyadan olan müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, hökumət hazırda yeni hərbi xidmət qanunu üzərində intensiv işləyir. Sənədin 2026-cı ilin yanvarında qüvvəyə minməsi planlaşdırılır.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

