/ / Təkrarlanan narahat düşüncələr və davranışların səbəbi bağırsaqdan da qaynaqlana bilər - ARAŞDIRMA
Təkrarlanan narahat düşüncələr və davranışların səbəbi bağırsaqdan da qaynaqlana bilər - ARAŞDIRMA
08.07.2025 [09:22]
Obsesif-kompulsif pozğunluq (OKB) (Təkrarlanan narahat düşüncələr və davranışlar) dünya əhalisinin təxminən 3 faizinə təsir göstərən və müalicəsi çətin olan psixi pozuntulardan biridir. Bu sahədə aparılan son araşdırma OKB-nin etiologiyası ilə bağlı yeni və diqqətəlayiq bir hipotez irəli sürür, xəstəliyin kökü beyində deyil, bağırsaqda ola bilər. Çin Xalq Respublikasında yerləşən Chongqing Tibb Universitetinin tədqiqatçıları tərəfindən aparılan və “Journal of Affective Disorders” jurnalında dərc olunan yeni bir araşdırma bağırsaq mikrobiotasının, həzm sistemində yaşayan mikroorqanizmlər birliyinin OKB ilə potensial səbəb əlaqəsinə malik ola biləcəyini göstərir.
AZƏRTAC “sciencealert.com” saytına istinadla xəbər verir ki, araşdırmada altı növ bağırsaq bakteriyasının bu pozuntu ilə əlaqəli olduğu müəyyən edilib. Bunlardan üçü OKB-yə qarşı qoruyucu təsir göstərir (Proteobacteria, Ruminococcaceae və Bilophila), digər üçü isə xəstəliyin riskini artırır (Bacillales, Eubacterium və Lachnospiraceae UCG001).
Tədqiqatçılar səbəb əlaqəsini müəyyənləşdirmək üçün “Mendel randomizasiyası” adlı genetik analiz metodundan istifadə ediblər. Bu yanaşma, genetik olaraq həm OKB-yə, həm də bağırsaq mikrobiotasına təsir edən variantları təhlil etməklə əlaqənin sadəcə təsadüfi və ya dolayı deyil, potensial olaraq səbəbi ola biləcəyini ortaya qoyur. Araşdırmada 18 min 340 nəfərin bağırsaq mikrobiomu ilə əlaqəli genetik məlumatları və 199 min 169 nəfərin OKB ilə bağlı genetik göstəriciləri təhlil edilib. Nəticədə bəzi bağırsaq bakteriyalarının insanın psixi vəziyyətinə birbaşa təsir edə biləcəyi qənaətinə gəlinib. Bu nəticələr bağırsaq-beyin oxu barədə mövcud bilikləri daha da dərinləşdirir. Məsələn, əvvəllər Ruminococcaceae növlərinin azlığı ilə depressiya arasında əlaqə müəyyən edilmişdi. Hazırkı tədqiqat isə göstərir ki, bəzi mikroorqanizmlər beyində funksional dəyişikliklərə səbəb ola bilər və bu da OKB-nin inkişafında əhəmiyyətli rol oynaya bilər.
Tədqiqat müəllifləri qeyd edirlər ki, OKB-nin müalicəsində kognitiv-davranışçı terapiya və selektiv serotoninin geri alım inhibitorlarının istifadəsinə baxmayaraq xəstələrin 25-40 faizi bu yanaşmalara ya zəif reaksiya verir, ya da ümumiyyətlə, heç bir təsir görmür. Bu səbəbdən, alternativ müalicə strategiyalarına böyük ehtiyac var. Tədqiqatçılar gələcəkdə aparılacaq uzunmüddətli və müxtəlif populyasiyalar üzərində qurulmuş tədqiqatların bu tapıntıları təsdiqləməli və genişləndirməli olduğunu vurğulayırlar. Mikrobların və onların metabolik məhsullarının daha dəqiq təsnifatı ilə OKB-nin qarşısının alınması və müalicəsi üçün yeni müdaxilə yolları inkişaf etdirilə bilər. Bu istiqamətdə əldə olunacaq uğurlar, OKB-dən əziyyət çəkən milyonlarla insan üçün yeni ümid işığı ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

