Hindistanın Fransasayağı siyasi oyunu
07.08.2025 [10:40]
Hindistan XİN rəhbərliyi Rusiyadan neft idxalına görə ABŞ və Aİ-nin ittihamlarına cavab verib. Hindistanın Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayaraq Rusiya ilə neft ticarətinin ölkənin enerji bazarında sabitliyi, balansı və əlçatan qiymətləri qorumaq üçün aparıldığını vurğulayıb. Hindistan XİN rəhbərliyinin rəsmi açıqlamasında qeyd olunur ki, Dehlini ittiham edən Qərb ölkələrinin özləri də Rusiya ilə ticarəti davam etdirirlər - “Bizim fərqimiz ondadır ki, bu ticarət Hindistan üçün həyati əhəmiyyət daşıyır, onlarınkı isə belə deyil”, - deyə bəyanatda qeyd olunub. XİN əlavə edib ki, Hindistan öz vətəndaşlarının rifahını və enerji təhlükəsizliyini prioritet sayır və bu çərçivədə qərar verir. Rəsmi açıqlamada, həmçinin bildirilib ki, Hindistan Rusiyadan idxal etdiyi nefti yalnız ölkənin daxili bazarına deyil, eyni zamanda Avropa bazarına da çıxarır. “Hindistan bu addımı, müharibə başlayandan sonra ənənəvi tədarük marşrutlarının Avropaya yönəldilməsi səbəbilə atmışdı. ABŞ isə o zaman Hindistanın bu addımlarını dünya enerji bazarının sabitliyi üçün təqdirəlayiq hesab etmişdi”, - deyə Hindistan XİN-in bəyanatında vurğulanır. Qeyd edək ki, Qərb ölkələri Hindistanı Rusiyadan xam neft alaraq dolayısı ilə Moskvanın Ukraynada hərbi əməliyyatlarını maliyyələşdirməkdə ittiham edirlər. Bununla belə, Hindistan hökuməti bu ittihamları əsassız sayır və iqtisadi maraqlarını ön plana çəkir. Qərbin ittihamlarına Rusiyadan da cavab gecikməyib. Kremlin mətbuat katibi Dmitri Peskov “Russia Today”-yə açıqlamasında Hindistanın Rusiya ilə neft ticarətinin Dehlinin suveren hüququ olduğunu və Qərbin digər ölkənin daxil işlərinə müdaxiləsinin qəbuledilməz olduğunu bildirib: “Biz hesab edirik ki, suveren ölkələrin öz ticarət tərəfdaşlarını, ticarət-iqtisadi əməkdaşlıq üzrə tərəfdaşlarını seçmək və konkret ölkənin maraqlarına uyğun olan ticarət-iqtisadi əməkdaşlıq rejimlərini seçmək hüququ olmalıdır və hüququ da var”, - deyə D.Peskov qeyd edib.
Hindistan hansı marşrutdan
istifadə edir?
Hindistanın Rusiyadan idxal etdiyi nefti hansı marşrut vasitəsilə Avropa bazarına çıxarması ciddi suallar doğurur. Təb?i ki, Hindistandan neftin quru ərazisi - Pakistan-İran-Türkiyə üzərindən Avropaya çatdırılması qeyri-mümkün görünür. Çünki bunun üçün həm uzun məsafə qət etmək lazımdır, həm də region dövlətləri arasında bununla bağlı müvafiq razılaşmalar əldə olunmalıdır - mövcud vəziyyət isə buna imkan vermir. Hindistan ilə Pakistan arasında hərbi-siyasi vəziyyətin gərgin olaraq qalmaqda davam etməsi, İranda qeyri-sabit vəziyyətin hökm sürməsi və İrana yenidən hücumların təşkil edilməsi fonunda Hindistandan Avropaya quru ərazisi üzərindən xam neftin daşınması qeyri-realdır. Xam neft yalnız neft tankerləri vasitəsilə okean və dəniz suları üzərindən Avropaya çatdırıla bilər. Məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert Emin Qəribli “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Hindistandan Avropaya istiqamətlənən əsas nəqliyyat marşrut xətti Hind ?keanı-Ərəbistan dənizi-Qırmızı dəniz üzərindən keçir. “Ukraynaya hərbi müdaxilədən sonra ABŞ və Avropa İttifaqı Rusiyanın neft sektoruna çox ağır sanksiyalar tətbiq edib. Nəticə etibarı ilə Rusiya Avropa bazarına neft ixrac edə bilmir. Moskva da neftini satmaq üçün alternativ bazarlara üz tutdu. Bu da, təbii ki, Asiyanın iki nəhəng ölkəsi - Çin və Hindistan bazarıdır. Hər iki ölkə dünyada ən böyük əhaliyə malik olduğu üçün onların bazarı Rusiya üçün müvafiq bazar hesab olunur. Artıq üç-dörd ildir ki, həm Çin, həm də Hindistan Rusiyadan xam neft idxal edir. Hindistan Rusiyadan idxal etdiyi xam nefti təkcə daxili bazarda deyil, həmçinin dünya neft birjalarında da satır. Avropa ölkələri də bu nefti alır. Hindistanın hansı marşrut vasitəsilə rus neftini Avropa bazarına çıxarması ilə bağlı məsələyə gəlincə, qeyd edim ki, Hindistanın neft tankerləri Hind ?kean və Ərəbistan dənizi üzərindən üzərək Babül-Məndəb boğazından Qırmızı dənizə daxil olur və Süveyş kanalından keçirərək Aralıq dənizinə daxil olmaqla Avropaya istiqamətlənir. Çox nadir hallarda isə Hind-Atlantik ?kean xəttindən istifadə olunur,” - deyə Emin Qəribli vurğulayıb. Enerji məsələləri üzrə başqa bir ekspert Xalid Kərimli də həmkarının fikirlərini təsdiqləyib: “Bəli, Hindistan xam nefti tankerlər vasitəsilə Hind ?kean-Ərəbistan dənizi-Qırmızı dəniz-Aralıq dənizi xətti üzərindən Avropa bazarına çatdırır. Yalnız bu marşrut xətti xam neftin və neft məhsullarının daşınması üçün münasib yol kimi qiymətləndirilir”.
“Vasitəçi aktor”...
Politoloq Tural İsmayılov qəzetimizə şərhində bildirib ki, Hindistanın mövcud enerji siyasətini və diplomatik davranışını “çoxşaxəli geosiyasi balans oyunu” adlandırmaq olar. Onun sözlərinə görə, Rusiya neftini alaraq ucuz qiymətə emal edib Avropa bazarına çıxarmaq, əslində həm iqtisadi qazanc, həm də siyasi manevr vasitəsidir. “Hindistan bu yolla Qərblə açıq qarşıdurmaya getmədən Rusiya ilə əlaqələrini qoruyub saxlayır. Bu strategiya Fransasayağı “strategic autonomy” - yəni strateji avtonomluq siyasətinə bənzəyir. Yəni Hindistan heç bir qlobal güc mərkəzinə tam bağlanmadan hər tərəflə işləyərək öz milli maraqlarını maksimum səviyyədə qorumağa çalışır. Rusiya ilə enerji ticarəti Hindistanın daxili bazar sabitliyi üçün vacibdir, Avropaya satış isə beynəlxalq imicini qorumaq üçündür. Əslində, Hindistan burada bir növ “vasitəçi aktor” kimi çıxış edir - həm qazanan tərəf olmaq, həm də ittihamlardan yayına bilmək üçün. Bu, “praqmatik neytrallıq” adlandırıla biləcək diplomatik modeldir,” - deyə T.İsmayılov əlavə edib ki, Hindistanın bu iqtisadi siyasəti, həmçinin öz geosiyasi maraqlarına hesablanıb: “Beləliklə, Hindistan təkcə enerji bazarının oyunçusu deyil, həm də geosiyasi şaxələnmə modelini formalaşdıran yeni güc mərkəzidir. Burada məqsəd isə supergüclərin mübarizəsində vasitəçi yox, istiqamət verən ölkə olmaqdır”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54

