Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Xərçəngə qarşı universal peyvənd yaradılıb

Xərçəngə qarşı universal peyvənd yaradılıb

30.08.2025 [18:41]

Florida Universitetinin alimləri müxtəlif şiş növlərinə qarşı effektivliyini sübut edən eksperimental mRNT peyvəndini təqdim ediblər.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Nature Biomedical Engineering” jurnalında dərc olunub.

Konkret şiş növlərini hədəf alan ənənəvi yanaşmalardan fərqli olaraq, yeni peyvənd orqanizmin ümumi immun cavabını stimullaşdırır. O, immun hüceyrələrini “oyadır” və xərçəng toxumalarını hücum üçün daha həssas hala gətirir. Effektin gücləndirilməsi üçün peyvənd immun nəzarət nöqtələrinin inhibitorları ilə – müdafiə sisteminin “tormozlarını” götürən preparatlarla – birləşdirilib.

Belə kombinasiyada terapiya şiş əleyhinə güclü reaksiya yaradıb və hətta bəzi müalicəyə davamlı şişləri tamamilə məhv edib. Peyvənd təkbaşına da müsbət nəticə göstərib, lakin ən yaxşı effekt məhz kombinasiyada əldə olunub.

Hazırda tədqiqatçılar mRNT peyvəndinin yeni formulalarını hazırlayır və klinik sınaqlara hazırlaşırlar.

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30