Livanın Baş naziri: İran bizim daxili işlərimizə qarışmayacaq
09.09.2025 [19:32]
Livanın Baş naziri Cozef Aun “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, İran onun ölkəsinin daxili işlərinə qarışmayacaq.
AZƏRTAC xəbər verir ki, Baş nazirin sözlərin görə, o, bu tələbini keçən həftə Beyruta səfər edən İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə çatdırıb. O, Livanın İranla münasibətlərinin “hörmətə əsaslandığını” deyib və əlavə edib: “İran dost dövlətdir, lakin suverenliyimizi qorumaq əsasında. Mesajımız aydındır: İran bizim işlərimizə qarışmayacaq”. Aun vurğulayıb ki, Hizbullahın silahları məsələsi “Livanın qərarıdır və İranla heç bir əlaqəsi yoxdur”.
Baş nazir bildirib ki, ABŞ-ın elçisi Tom Barak tərəfindən təqdim edilən təklif “İsrailin geri çəkilməsini və Livan iqtisadiyyatının dirçəldilməsini” ehtiva edir. Onun sözlərinə görə, Livanın iki seçimi var: ya Amerikanın təklifini qəbul edəcək, ya da təcridlə üzləşəcək. “Lakin təklifin şərtlərini həyata keçirmək üçün heç bir təminat almadıq. Biz Vaşinqtonun və İsrailin Tom Barakın planını təsdiqləməsini gözləyirik”, -deyə o əlavə edib.
Aun qeyd edib: “Biz Livanın hər hansı daxili və ya xarici münaqişələrə cəlb olunmasından qaçmağa çalışırıq, çünki onlar bizi yorub”. O, həmçinin vurğulayıb: “Şiə icması ölkənin mühüm və nüfuzlu tərkib hissəsidir. Heç bir məzhəb üçün təhlükə yoxdur və mən sözümün üstündəyəm".
Baş nazir Livanın daxili işlərinə qarışmadan ona kömək etmək istəyən bütün ölkələri alqışlayıb. O, Səudiyyə Ərəbistanına göstərdiyi dəstəyə görə təşəkkür edib və Ər-Riyadın Livandakı prezident boşluğunun aradan qaldırılmasında mühüm rol oynadığını bildirib. Aun, həmçinin Livanın Suriya ilə münasibətləri yaxşılaşdırmaq və Səudiyyə Ərəbistanının nəzarəti altında sərhədi demarkasiya etmək öhdəliyinə sadiq olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

