Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Səudiyyə Ərəbistanı Suriyadakı layihələri üçün “İlaf” İnvestisiya Fondu yaradıb

Səudiyyə Ərəbistanı Suriyadakı layihələri üçün “İlaf” İnvestisiya Fondu yaradıb

08.02.2026 [20:38]

Suriyada iri layihələrə investisiya üçün Səudiyyə Ərəbistanı tərəfindən “İlaf” İnvestisiya Fondu yaradılıb. Fond Hələb şəhərinin köhnə və yeni hava limanlarının bir neçə investisiya mərhələsi üzrə inkişafına nəzarət edəcək. Bu layihələrin ümumi investisiya dəyəri 7,5 milyard rial (2 milyard ABŞ dollarına yaxın) təşkil edir.

AZƏRTAC Suriya mediasına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı və Suriya bankları arasında pul köçürmə kanallarının aktivləşdirilməsi də nəzərdə tutulur.

Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih dünən Dəməşqdə biznes forumda çıxışında bildirib ki, Suriya ilə ümumi dəyəri 40 milyard rialdan çox olan 80 saziş və əməkdaşlıq memorandumu imzalanıb.

Paylaş:
Baxılıb: 748 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30