Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada ultrasağçılar yenidən fəallaşıblar

Fransada ultrasağçılar yenidən fəallaşıblar

18.02.2026 [21:58]

Fransanın Lion şəhərində hücuma məruz qaldıqdan sonra həyatını itirən milliyətçi fəal Kventin Derankın ölümündən sonra bir neçə şəhərdə ultrasağçılar aksiya keçiriblər. Paris, Strasburq və Nitsada qeydə alınan aksiyalar hüquq-mühafizə orqanlarının nəzarəti altında baş tutub.

AZƏRTAC xəbər verir ki, Parisin Menilmontan prospektində təxminən 50 maskalı şəxs toplaşıb. Fransa mediasının yaydığı məlumata görə, bəzi iştirakçılar nasist salamı verib, “biz öz evimizdəyik, Kventin üçün ədalət” şüarları səsləndiriblər.

Oxşar hadisələr Strasburq və Nitsada qeydə alınıb.

Lion prokuroru Thierry Dran Kventin Derankın ölümündən sonra qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açıldığını elan edib. O bildirib ki, qətl işində ən azı altı nəfər iştirak edib.

Ümumiyyətlə, Fransada bu cür koordinasiyalı ultrasağçı güc nümayişləri əvvəlki illərdə də müşahidə olunub. Xüsusilə 2023-cü ildə Krepolda Tomasın ölümündən sonra oxşar gərginlik qeydə alınmışdı.

Paylaş:
Baxılıb: 716 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30