Çin milyarderlərin sayına görə reytinqdə liderliyi ələ alıb
06.03.2026 [13:22]
Dünyada milyarderlərin sayı rekord səviyyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, dünyanın ən varlı insanlarının adlarının qeyd olunduğu “Hurun Global Rich List” reytinqinə görə, fond bazarının artımı və süni intellektin inkişafı milyarderlərin sayının rekord həddə çatmasına səbəb olub. Çində digər ölkələrlə müqayisədə daha çox milyarder yaşayır.
Hesabata görə, Çin milyarderlərin sayına görə ABŞ-ni geridə qoyub və dünyada liderliyini bərpa edib. “South China Morning Post” qəzetinin yazdığına görə, əvvəlki hesabatın dərc edilməsindən bəri Çində milyarderlərin sayı 287 nəfər artaraq son üç ildə yaranmış itkiləri tam kompensasiya edib.
Süni intellekt Çində iki yeni milyarderin meydana çıxmasına səbəb olub: “MiniMax” şirkətindən Yan Tsyuntsze 3,6 milyard dollar, “Knowledge Atlas Technology JSC” (daha çox Zhipu adı ilə tanınır) şirkətindən Lyu Debin isə 1,2 milyard dollar sərvətə malikdir.
792 milyard dollar sərvəti ilə İlon Mask, 300 milyard dollarla “Amazon” şirkətinin qurucusu Ceff Bezos və 281 milyard dollar sərvəti olan “Alphabet” şirkətinin həmtəsisçisi Larri Peyc siyahıda ilk üç yeri tutublar. Mask sərvəti 700 milyard dolları keçən ilk insan olub.
ABŞ 1000 milyarder ilə (ötən illə müqayisədə 130 nəfər çox) ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə 308 milyarderə malik Hindistan qərarlaşıb ki, bu da ötən illə müqayisədə 24 nəfər çoxdur. Almaniya 171 milyarder ilə Böyük Britaniyanı qabaqlayaraq dördüncü yerə yüksəlib.
Qlobal miqyasda 114 milyarder süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərlə bağlıdır. Onlardan 46-sı bu kateqoriyaya ilk dəfə daxil olub və nəticədə süni intellekt yeni milyarderlərin yaranmasının ən böyük mənbəyinə çevrilib.
Şəhərlərin reytinqində Nyu-York 146 milyarder ilə yenə də milyarderlərin dünya paytaxtı olaraq qalır. Şençjen milyarderlərin sayını 47 nəfər artıraraq 132-yə çatdırıb və ikinci yerə yüksəlib. Ondan sonra Şanxay, Pekin və London gəlir.
Milyarderlərin orta yaşı 65 təşkil edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

