Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qətərdə helikopter qəzası: ölənlər arasında üç nəfər Türkiyə vətəndaşı var

Qətərdə helikopter qəzası: ölənlər arasında üç nəfər Türkiyə vətəndaşı var

22.03.2026 [17:17]

Qətər Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində üçü Türkiyə vətəndaşı olmaqla yeddi nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi hadisənin martın 21-i axşam saatlarında Qətər sahillərində baş verdiyini açıqlayıb. Məlumata əsasən, ölənlər arasında Türkiyənin ASELSAN şirkətinın iki əməkdaşı ilə Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi olub.

Təlim uçuşu Türkiyə-Qətər hərbi əməkdaşlıq planına uyğun olaraq həyata keçirilib. İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.

Axtarış-xilasetmə əməliyyatı zamanı helikopterin qalıqları və həlak olanların cəsədləri aşkar edilib.

Türkiyə Milli Müdafiə Nazirliyi həlak olanların ailələrinə, eləcə də Türkiyə və Qətər xalqlarına başsağlığı verib.

Paylaş:
Baxılıb: 658 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31