Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstan Xəzər vasitəsilə neft ixracını şaxələndirir

Qazaxıstan Xəzər vasitəsilə neft ixracını şaxələndirir

25.03.2026 [11:39]

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Bakı-Tbilisi-Ceyhan sistemindən istifadə etməklə inkişafı Qazaxıstanın energetika naziri Erlan Akkenjenovun Hyustonda keçirilən “CERAWeek” konfransı çərçivəsində ABŞ-li həmkarı Kristofer Raytla görüşünün gündəliyinə daxil edilib.

AZƏRTAC-ın Qazaxıstan Respublikasının Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu istiqamət üzrə Qazaxıstan neftinin daşınması həcminin yaxın perspektivdə illik 2,1 milyon tona çatacağı gözlənilir.

Danışıqların əsas mövzuları qlobal enerji təhlükəsizliyi, alternativ ixrac dəhlizlərinin inkişafı və investisiya əməkdaşlığının möhkəmləndirilməsi olub.

Qazaxıstanın energetika naziri ABŞ investorları ilə birlikdə Xəzər dənizinin nəqliyyat potensialından karbohidrogen xammalının beynəlxalq bazarlara çatdırılması üçün maksimum səmərəli istifadə etməyə hazır olduğunu bildirib. Akkenjenov qeyd edib ki, Qazaxıstan zəngin təbii resurslara malikdir və texnoloji tərəfdaşlığın dərinləşdirilməsinə açıqdır.

Paylaş:
Baxılıb: 625 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31