Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir
07.06.2026 [20:17]
Böyük Britaniyada seçicilərin əksəriyyəti ölkənin Avropa İttifaqından çıxması ilə bağlı “Brexit” qərarının ləğv edilməsini dəstəkləyir.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu barədə ölkənin aparıcı sosioloqu və seçki analitiki, professor Con Körtis bildirib.
Onun sözlərinə görə, 2016-cı ildə keçirilmiş “Brexit” referendumundan sonra ictimai rəydə Avropa İttifaqından çıxmağa münasibət əhəmiyyətli dərəcədə dəyişib. Professor Körtis qeyd edib ki, son on il ərzində keçirilmiş 500-ə yaxın sorğunun nəticələri “Brexit”ə dəstəyin nəzərəçarpacaq dərəcədə azaldığını göstərir.
Entoni Seldonun müəllifi olduğu və hazırda hissə-hissə nəşr edilən “The Brexit Effect” (“Brexit”in təsiri”) kitabında yer alan məqaləsində Con Körtis yazır ki, “Brexit” ölkədə Avropa İttifaqına üzvlüklə bağlı mübahisələri sona çatdırmayıb.
“2016-cı il referendumu Böyük Britaniyanın Avropa İttifaqının daxilində, yoxsa xaricində olmalı olduğu ilə bağlı müzakirələrə son qoymadı. Hazırda ölkə elə bir qurumun xaricindədir ki, seçicilərin ən azı cüzi çoxluğu həmin quruma üzv olmaq istəyir”, – deyə o bildirib.
Professorun fikrincə, əhəmiyyətli sayda seçici artıq Avropa İttifaqından kənarda qalmağın buna dəymədiyi qənaətinə gəlib. O qeyd edib ki, bir çox britaniyalı “Brexit”i böyük məyusluq hesab edir və bu qərarın həm iqtisadi vəziyyətə, həm də immiqrasiya məsələsinə mənfi təsir göstərdiyini düşünür.
Körtis vurğulayıb ki, “Brexit” qərarı zamanın sınağından keçə bilməyib və son illərdə ölkədə Avropa İttifaqına yenidən qoşulmağa dəstək artmaqdadır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

