Avropada böhran: etiraz aksiyalarının miqyası genişlənməkdədir
22.04.2015 [09:44]
“Euronews” xəbər verir ki, Avropada müxtəlif motivlər əsasında ortaya çıxan qarşıdurmalar davam edir. Bu, özünü etiraz aksiyaları və toqquşmalarda göstərir. Mənbə qeyd edir ki, aksiyalar öz miqyasını genişləndirərək qarşısıalınmaz xarakter alıb. Bildirilir ki, Yunanıstanın paytaxtı Afinada minlərlə təqaüdçünün keçirdiyi yürüşdə səsləndirilən tələblər Avropanın mənzərəsini ifadə edir.
Xatırladılır ki, aksiyada təqaüdçülər hökumətdən təqaüdlərinin böhrandan əvvəlki səviyyəyə qaytarılmasını, həmçinin, əvvəlki hökumətin ləğv etdiyi 3 premiyadan birinin bərpa olunmasını istəyirlər. Yürüş iştirakçıları yeni hökumətin pensiya sistemində islahatlara davam edəcəyindən və təqaüdçülərin gəlirlərini daha da azaldacağından ehtiyat edirlər.
Mənbə qeyd edir ki, Yunanıstan parlamentinin qarşısında anarxistlər də etiraz aksiyası keçiriblər. Onlar aclıq aksiyası keçirən məhbuslarla həmrəyliyini nümayiş etdirərək ciddi rejimli həbsxanaların bağlanmasını tələb ediblər. Nümayişçilərlə polislər arasında toqquşmalar qeydə alınıb, çoxsaylı aksiya iştirakçısı həbs edilib.
Bununla yanaşı, Polşa Həmkarlar İttifaqları Alyansının Varşavada təşkil etdiyi aksiyada da on minlərlə etirazçı iştirak edib. Etirazçılar büdcədən maliyyələşən tədris müəssisələrində çalışan işçilərin əməkhaqqının artırılmasını tələb ediblər. Onlar ölkənin Baş naziri Eva Kopaçın iqamətgahına yürüş edərək tələblərinin yazıldığı müraciəti ona təqdim ediblər. Polşa Həmkarlar İttifaqları Alyansı müraciətə hökumətin xüsusi iclasında baxılmasını tələb edib.
Almaniyada isə poçt işçilərinin tətili davam edir. Həmkarlar ittifaqlarının çağırışı ilə başlanan aksiyalara ölkənin 20 regionundan poçt işçiləri qoşulub. Tətil edənlərin sayının isə 150 minə qədər olduğu bildirilir. Etiraz iştirakçıları əməkhaqlarının artırılması və iş həftəsinin azaldılması ilə bağlı yeni tarif sazişinin imzalanmasını tələb edirlər.
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11

