Ermənistanda xaos: kütləvi repressiyalar ictimai-siyasi vəziyyəti gərginləşdirib
24.06.2015 [09:39]
Özlərini “demokratiya və insan hüquqları keşikçiləri” kimi təqdim edən Qərbin bir sıra təşkilatları işğalçı ölkədə cərəyan edən antidemokratik proseslərə nə üçün reaksiya vermirlər?
Ermənistanda zaman ötdükcə ictimai-siyasi kataklizmlər daha da güclənir. Erməni ekspertlər siyasi gərginliyin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatacağını bəyan edirlər. Qeyd edilir ki, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırır və siyasi kataklizmləri şiddətləndirir. Məhz bu, Ermənistanın gələcəyini sual altına alan başlıca faktorlardandır.
Kəskin qarşıdurmalar işğalçı ölkəni xaos meydanına çevirib
Yeri gəlmişkən, elektrik enerjisinin tariflərinin artımına etiraz olaraq İrəvanda keçirilən aksiya mövcud gərginliyi daha da artırıb. İrəvanda keçirilən etiraz aksiyasının dəhşətli şəkildə dağıdılması növbəti qarşıdurmalara təkan verib. Mitinqçilərə hücum edən mülki geyimli şəxslər, polis əməkdaşları və xüsusi təyinatlılar insanlara zərbələr endirib, Ermənistan prezidentinin administrasiyasının binası qarşısında etiraz edənlərə qarşı güclü su şırnağından istifadə edilib. Hadisə zamanı onlarla sənət adamı və yazıçı həbs edilib.
Hadisələrin kuliminasiya nöqtəsi kimi isə aksiyaya qoşulmuş Gümrü şəhərində də kütləvi həbslərin həyata keçirilməsi göstərilir. Erməni KİV-i məlumat verir ki, Gümrüdə 15-ə yaxın şəxs həbs edilib. Həbslərə bu səhər Gümrünün Teatr meydanında başlanılıb. Dünən axşam Gümrüdə də İrəvandakı aksiyalara dəstək mitinqi başlanılıb.
Jurnalistlərə qarşı zorakılıq...
Məlumata görə, saxlanılanlar arasında yerli mətbuat nümayəndələri də var. Onların arasında “Qala”, “News” internet nəşrləri, “Azadlıq” radiosunun erməni bürosunun əməkdaşları üstünlük təşkil edir. “Qala”nın əməkdaşı Paylak Faxradyan döyülüb, bəzi müxbirlərin isə avadanlığı zorla əllərindən alınıb, polis kameraların yaddaşını silmək üçün onların çiplərini sındırıb. Bununla yanaşı, “Epress.am” saytının kameraları qırılıb, bəziləri isə polislər tərəfindən müsadirə edilib.
Qərb niyə susur?
Bütün bunların fonunda əsas məsələ budur ki, özlərini “demokratiya və insan hüquqlarının keşikçisi” kimi dünya ictimaiyyətinə təqdim edən bir sıra təşkilatlar bütün bu antidemokratik hadisələrdən, repressiya faktı və dağıdıcı hallardan yan keçirlər. Başqa sözlə, daim Azərbaycanda ictimai fəallara “təzyiq”, “basqı” haqqında danışan qərəzli xarici təşkilatlar - Qərbin “hüquqsevər” qurumları Ermənistanda baş verənlərə münasibət bildirməyə tələsmirlər.
Görünən odur ki, beynəlxalq miqyasda “demokratiya”, “insan hüquqlarının müdafiəsi” pərdəsi altında çıxış edən təşkilatlar, əslində, müxtəlif ölkələrə qarşı təzyiq vasitəsi rolunu oynayır. Dolayısıyla, sadalananlar Ermənistandakı antidemokratik halların fonunda “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” kimi təşkilatların “demokratiya” anlayışını aşkar edir. Məhz bu fakt “demokratiya”, “insan hüquqları” anlayışlarını əldə bayraq edən qurumların, əslində, hansı prinsiplər əsasında fəaliyyət göstərdiyini bir daha əks etdirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

