Ermənistanda vəziyyət yenidən gərginləşir
24.07.2015 [09:13]
Əhali həbs olunan etirazçılara güc tətbiq edən polislərin cəzalandırılmasını tələb edir
Məlum olduğu kimi, Ermənistan dərin sosial-iqtisadi böhran içərisindədir. Bu ölkənin belə bir acınacaqlı duruma düşməsi isə, ilk növbədə, onun işğalçılıq siyasəti ilə bağlıdır. Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlaması Ermənistanın iqtisadiyyatını tamamilə tənəzzülə uğradıb. İqtisadi tənəzzül isə əhalinin sosial durumunun ağırlaşmasında birbaşa rol oynayır. Bu da işğalçı ölkə əhalisinin səbrini daşırmaqdadır. Məhz bu səbəbdəndir ki, Ermənistanda vətəndaşlar kütləvi etiraz aksiyalarına başlayıblar. Bu günlərdə paytaxt Yerevanda və digər bölgələrdə etiraz aksiyalarının böyük vüsət alması bu reallığı bir daha təsdiqləyir.
Erməni ekspertlər isə siyasi gərginliyin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatacağını bəyan edirlər. Qeyd edilir ki, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırır və siyasi kataklizmləri şiddətləndirir. Məhz bu, Ermənistanın gələcəyini sual altına alan başlıca faktorlardandır. Xatırladaq ki, etiraz aksiyalarının başlanmasına səbəb Ermənistan hökuməti tərəfindən elektrik enerjisinin qiymətinin 20 faizə yaxın artırılmasıdır. Yerevanda keçirilən etiraz aksiyasının güc strukturları tərəfindən vəhşicəsinə dağıdılması isə növbəti qarşıdurmalara təkan verib. Mitinqçilərə hücum edən mülki geyimli şəxslər, polis əməkdaşları və xüsusi təyinatlılar insanlara zərbələr endirib, Ermənistan prezidentinin administrasiyasının binası qarşısında etiraz edənlərə qarşı güclü su şırnağından istifadə edilib.
Son məlumatlara görə isə, Ermənistanda elektrik enerjisinin qiymətinin artmasına etiraz edən yüzlərlə “Talana yox” hərəkatının fəalı Yerevanın mərkəzi küçəsində oturaq etiraz aksiyalarına başlayıb. Etirazçılar Yerevanın mərkəzi küçələri Maştoç və Amiryanı bağlayıblar. Aksiyaçılar əllərində 23 iyun və 6 iyul aksiyalarında nümayiş iştirakçıları və jurnalistlərə zor tətbiq etmiş polis əməkdaşlarının şəkillərini tutaraq onların cəzalandırılmasını tələb edir. Fəal Maksim Sarkisyanın sözlərinə görə, nümayişçilər təqsirkar polislərin cəzalandırılması barədə prokurorluqdan zəmanət almayana qədər etirazlarını davam etdirəcəklərini bildiriblər. Qeyd edək ki, iyunun 23-də Yerevan polisi elektrik enerjisinin bahalaşmasına qarşı mübarizə aparmış “Talana yox” hərəkatının nümayişini dağıdarkən 237 nəfəri, həmçinin, jurnalistləri saxlayıb.
Bütün bunlar göstərir ki, Ermənistanda mübarizə yeni müstəviyə keçir və işğalçı ölkədə sosial tələblər siyasi müstəviyə istiqamətlənib. Belə olan halda isə Sarkisyan rejiminin sonu çata bilər. Təbii ki, bütün bu proseslər Ermənistanın daxili vəziyyətinin daha da gərginləşdiyini göstərir. Daha doğrusu, Sarkisyan başda olmaqla hazırkı prezident komandası proseslərin inkişafını nəzarətdə saxlaya bilmir. Heç cür normal idarəetmə sistemi qura bilməyən Ermənistan hakimiyyətində xaos açıq şəkildə özünü göstərir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

