Ermənistanda ümumxalq itaətsizlik aksiyasına başlanılacaq
25.07.2015 [10:14]
Yerevanda start götürəcək aksiyaya Ermənistanın digər şəhərlərindən də dəstək veriləcəyi gözlənilir
Məlum olduğu kimi, hazırda Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil ermənilərin işğalçı, separatçı əməlləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir. Amma işğalçılıq siyasəti Ermənistana heç bir uğur gətirməyib. Belə ki, bu ölkə sosial-iqtisadi problemlər içərisində boğulmaqdadır. Sarkisyan rejiminin həyata keçirdiyi siyasət artıq ölkə əhalisinin səbrini daşırıb. Məhz bu səbəbdəndir ki, Ermənistanda insanlar kütləvi etiraz aksiyalarına başlayıblar. Bu yaxınlarda paytaxt Yerevanda və digər bölgələrdə etiraz aksiyalarının böyük vüsət alması da deyilənləri təsdiqləyir.
Yeri gəlmişkən, Ermənistanda elektrik enerjisi tariflərinin bahalaşmasına etiraz məqsədi ilə yaradılan “Talana yox” təşəbbüs qrupu artıq siyasi təşkilata çevrilib. Bu haqda qrupun fəallarından Artur Köçəryan məlumat verib. Fəallar addım-addım irəliləyərək hökumətin istefasına nail olacaqlarına əmindirlər. Hərəkat bu məqsədlə təşkilatlanmağa başlayıb. Onu da qeyd edək ki, işğalçı ölkənin, iqtisadiyyatı tamamilə iflasa uğrayıb. Ermənistanın xarici borcları rekord həddə çatıb. Məhz bütün bunların fonunda hakimiyyətin dəyişikliyi ilə nəyə isə nail olacaqlarına ümid bəsləyən fəallar maneələrə rəğmən geri çəkilməyəcəklərini bəyan ediblər. Fəallar bütün Ermənistanı yeni yaradılan hərəkata dəstəyə çağırıblar. Hərəkatın koordinatoru Vardan Akopyan müxalifətin yardımı olmadan da qələbə qazanacaqlarını bildirib.
Bu arada yayılan məlumatlara görə, iyulun 27-də Ermənistanda ümumxalq itaətsizlik aksiyasına başlanılacaq. “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları belə bir bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, etirazçılar iyulun 27-də Yerevandakı “Azadlıq” meydanında yenidən toplaşacaqlar. Bu dəfə mitinqin daha genişmiqyaslı olacağı gözlənilir. Kütləvi vətəndaş itaətsizliyinə Ermənistanın digər şəhərlərindən də dəstək gələcəyi gözlənilir. Bu haqda “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları keçirilən mətbuat konfransında bildiriblər. Hərəkatın üzvlərindən Andrias Qukasyan polisi onlara mane olmamağa çağırıb. Onun sözlərinə görə, mitinqin iştirakçıları hökumətdən xalqa hesabat verməyi tələb edəcəklər. “İrs” partiyasından olan fəal, David Sanasaryan isə bildirib ki, təşəbbüs qrupu ölkənin əyalətlərində vətəndaşlarla görüşüb. Fəallar özbaşınalıqlara son qoyulması üçün bütün Ermənistanın birləşməsini vacib hesab edirlər. Onların fikrincə, enerji tarifləri avqustun 1-dək dəyişdirilməzsə, Baqramyan prospektində aparılan mübarizə hədər gedəcək. Nəticədə hökumət qanun pozuntularını davam etdirəcək, xalq isə yenə də əzab çəkəcək. Ona görə də səylərin birləşdirilməsi vacibdir.
Beləliklə bütün bu baş verənlər Ermənistanın daxili vəziyyətinin daha da gərginləşdiyini göstərir. Daha doğrusu, görünən odur ki, Sarkisyan başda olmaqla hazırkı prezident komandası prosesləri nəzarətdə saxlaya bilmir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

