Ermənistanın yenidən “qara günlər”i başlayır
29.07.2015 [09:50]
Serj Sarkisyanın təcili məzuniyyətə getməsi isə ölkədə daxili gərginliyi sabitləşdirməyə yönəlib
Bir qədər əvvəl elektrik enerjisi tariflərinin artırılmasına etiraz əlaməti olaraq xalq kütlələrinin Yerevan küçələrində fasiləsiz oturaq aksiyaya başlaması Serj Sarkisyan hakimiyyətinin sonunun yaxınlaşmasından xəbər verirdi. Yerli analitiklərin fikrincə, ermənilərin hər hansı bir səbəbdən hakimiyyətə qarşı belə kütləvi aksiyalara əl atması xalqın Serj Sarkisyan rejiminə etibarsızlığının bariz nümunəsidir. Odur ki, ölkədaxili belə bir gərginliyin fonunda Sarkisyanın təcili olaraq qeyri-müəyyən müddətə məzuniyyətə yollanmasını ekspertlər hakimiyyətin etirazçılar qarşısında “taym-aut” götürməsi kimi qiymətləndirirlər.
Doğrudur, iyunun ikinci yarısından başlayaraq təqribən 20 gün davam edən etiraz aksiyasının nəticəsində hökumət müvəqqəti geri çəkilməli oldu. Aksiyaçıları sakitləşdirmək üçün Serj Sarkisyan elektrik enerjisi tariflərinə nəzərdə tutulan artımın dövlət büdcəsi hesabına ödəniləcəyini bəyan etdi. Lakin bunun məqsədli şəkildə edildiyini, hökumətin əlavə vaxt qazanmaq üçün belə bir güzəştə getdiyini etirazçılar da yaxşı başa düşürdülər. Odur ki, hakimiyyətə qarşı növbəti mitinqlərini iyulun son həftəsinə planlaşdırdılar. Yerli analitiklərin qənaətinə görə, əgər yaxın günlərdə Serj Sarkisyan ortalıqda görünməsə, məzuniyyətindən geri dönməsə, Yerevan küçələrinin yenidən etiraz dalğasına bürünməyəcəyinə kimsə zəmanət vermir. Çünki aclıq və səfalət içində yaşayan ermənilərin tək dərdi elektrik enerjisi tariflərinin artması ilə bağlı deyil. Yerli “tert.am” saytının yazdığına görə, miqrasiya problemi, işsizlik, ölkədəki korrupsiya və rüşvətxorluq, eləcə də, məmur özbaşınalığı sadə erməniləri lap boğaza yığıb. Bir qarın çörəkpulu qazanmaqdan ötrü ermənilər qonşu dövlətlərə - Rusiya və Gürcüstana, eləcə də, Türkiyəyə üz tutmalı olurlar. Ölkədə ali təhsilli gənclərin iş tapmaları əsl problemə çevrilib. Demək olar ki, bütün dövlət vəzifələri Serj Sarkisyan komandasının üzvlərinin, eləcə də, onların yaxın qohum-əqrabalarının nəzarətindədir və dövlət qulluğunda çalışanların böyük əksəriyyəti yaşlı ermənilərdir. Belə bir şəraitdə gənclərin özlərinə karyera qurmaları əsl müşkülə dönüb.
Elə ötən ay keçirilən etiraz aksiyalarının təşkilatçısı olan “Qalx, Ermənistan” vətəndaş hərəkatının özəyini də məhz həmin gənclər təşkil ediblər.
Yerli analitiklərin fikrincə, Serj Sarkisyan rejimi daxili gərginliyi bir qədər sabitləşdirmək məqsədilə, guya, ölkədə tezliklə konstitusiya islahatlarının aparılacağı vədini ortaya atıb. Lakin bu islahatların nədən ibarət olacağı və hansı müddətdə həyata keçiriləcəyi barədə bir kimsədə məlumat yoxdur. Belə güman olunur ki, bu islahatlar, əslində, Sarkisyan rejiminin ömrünü uzatmağa hesablanmış addımlardan ibarət olacaq. Analitiklərin fikrincə, xalqdan dəstəyini itirən Sarkisyan rejimi öz nicat yolunu bu dəfə “parlament çoxluğu”nda axtaracaq və öz qanunsuz əməllərinə parlament vasitəsilə “haqq qazandıracaq”. Lakin Ermənistan müxalifətinin bunu asanlıqla “həzm” edəcəyi inandırıcı görünmür. Ermənistan Milli Konqresinin əlaqələndiricisi Levon Zurabyanın sözlərinə görə, konstitusiyaya belə düzəlişlər yolverilməzdir. Bu, qarşıdakı günlərdə müxalifətin hökumətin bu istiqamətdəki özbaşına siyasətinə qarşı birləşməsi ilə nəticələnəcək və yenidən ölkədə fasiləsiz etiraz aksiyalarına start veriləcək. Yerevan küçələrinə axışacaq ermənilər Sarkisyan rejimindən ölkəni və xalqı xilas etməyi tələb edəcəklər. Qarşıdakı günlərdə başlayacaq etiraz mitinqlərinin hansı nəticələrə gətirib çıxaracağını indidən söyləmək çətin olsa da, görünən odur ki, Serj Sarkisyanın ölkədə yürütdüyü siyasət Ermənistanı bir dövlət kimi məhvə aparır. Ya vəlvələdən, ya zəlzələdən, əgər Sarkisyan öz işğalçılıq siyasətini dəyişməsə, qonşu dövlətlərlə mehriban münasibətlər yaradılmasına cəhd göstərməsə, gec-tez bu dövlət məhv olmaq təhlükəsi ilə üz-üzə dayanacaq.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20

