Latın Amerikası ziddiyyətlər burulğanında
03.09.2009 [01:26]
Bu gün Latın Amerikası dövlətlərinin həyatında cərəyan edən mürəkkəb siyasi və sosial-iqtisadi proseslər region ölkələri arasındakı münasibətlərə də öz mənfi təsirini göstərməkdədir. Hətta bəzi ekspertlər bu mürəkkəb proseslərlə bağlı bölgədəki mövcud durumu ötən əsrin 60-70-ci illərində Latın Amerikasında yaranmış analoji vəziyyətə bənzədirlər. Belə ki, o zaman olduğu kimi, bu gün də Latın Amerikası ölkələri arasında “siyasi qütbləşmə” və müxtəlif qarşıdurma meyilləri nəzərə çarpır. Regionda yaranmış belə bir vəziyyət isə bir sıra mühüm amillərin təsiri ilə bağlıdır.
İlk növbədə qeyd edək ki, regionun bir sıra ölkələrində son illər marksist təmayüllü solçu qüvvələrin geniş kütlələr içində siyasi nüfuzu xeyli dərəcədə artıb. Venesuela, Boliviya, Ekvador, Nikaraqua kimi zəngin təbii sərvətlərə malik ölkələrdə artıq bir neçə il öncə hakimiyyətə sahib olmuş bu qüvvələr istər region çərçivəsində, istərsə də beynəlxalq aləmdə cərəyan edən proseslərlə əlaqədar öz siyasi addımlarını uzlaşdırmağa və həmrəylik nümayiş etdirməyə çalışırlar. Hazırkı dövrdə belə solçu qüvvələr siyasi və sosial-iqtisadi sahələrdə marksist rejimlərə uyğun islahatlar həyata keçirməklə adıçəkilən ölkələrdə son məqsəd olaraq “sosialist cəmiyyətinin və diktaturalarının” qurulmasının vacibliyini açıq şəkildə bəyan edirlər. Kubada olduğu kimi, regionda yeni avtoritar rejimlərin və müxtəlif diktaturaların meydana çıxması isə gələcək perspektivlər üçün ümumilikdə Latın Amerikasına yaxşı heç nə vəd etmir.
Digər tərəfdən, ifrat sol təmayüllü qüvvələrin belə avantürist siyasi kursu Latın Amerikasında mütərəqqi, demokratik dəyərlərin inkişafı və sülhün, təhlükəsizliyin, sabitliyin qorunması üçün ciddi təhlükədir. Həmin sol qüvvələr tərəfindən sözdə “ABŞ-ın maraqlarına qarşı mübarizə” adı altında həyata keçirilən bu siyasi kurs, işdə mövcud avtoritar rejimlərin qorunmasına xidmət edir. Eyni zamanda, belə siyasi kurs region dövlətləri arasında “siyasi qütbləşməni” və ziddiyyətləri daha da gücləndirir. Son vaxtlar iki qonşu dövlət - Kolumbiya ilə Venesuela arasında münasibətlərin daha da gərginləşməsi regionda bu istiqamətdə cərəyan edən proseslərə əyani nümunə ola bilər.
Artıq 50 ildən çoxdur ki, Kolumbiya
ərazisində “inqilabi silahlı qüvvələr” adlı sol ekstremist təmayüllü təşkilatın rəhbərliyi altında üsyançı hərəkat fəaliyyət göstərir. ölkənin bir sıra rayonlarında tez-tez terror aktları həyata keçirən qiyamçılar, eyni zamanda, narkotik maddələr alveri və gizli qaçaqmalçılıqla da məşğul olurlar. Uzun illərdən bəri üsyançı hərəkatla silahlı qarşıdurmada olan Kolumbiyanın demokratik hakimiyyəti qiyamçılara qarşı daha uğurlu və effektiv mübarizə aparmaq üçün bu yaxınlarda ABŞ hökuməti ilə “antiterror paktı” adlı mühüm əhəmiyyət kəsb edən saziş imzalayıb. Sazişin şərtlərinə uyğun olaraq Kolumbiyanın bir sıra hərbi bazalarında ABŞ silahlı qüvvələrinin xüsusi təyinatlı hissələri yerləşdiriləcək. Lakin Latın Amerikası dövlətləri bu sazişə heç də birmənalı münasibət bəsləmirlər. Solçu rejimlərin iqtidarda olduğu Venesuela, Boliviya, Ekvador, Nikaraqua, Kuba kimi dövlətlər həmin sazişə mənfi münasibət bildirsələr də, Peru, çili, Paraqvay, Uruqvay ABŞ-ın bu addımını müsbət qarşılayıblar. Regionun Braziliya və Argentina kimi “nəhəngləri” isə bu məsələ ilə bağlı narahatçılıq keçirməklərinə baxmayaraq, ümumilikdə bitərəf mövqe tutmağa çalışırlar. Latın Amerikası dövlətlərinin bu günlərdə Argentinada keçirilmiş fövqəladə sammitində də əsas müzakirə mövzusu məhz Kolumbiya hökumətinin ABŞ ilə imzaladığı saziş olub.
Elxan RZAYEV
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

