Paşinyan hökuməti əhalini indi də çörəklə “sınağa çəkir”
01.09.2018 [09:52]
İşğalçı ölkədə sosial-iqtisadi vəziyyətin gündən-günə ağırlaşması sui-qəsd və talançılıq hallarının artmasına, kriminal durumun pisləşməsinə gətirib çıxarıb
Ermənistanda baş verən hakimiyyət dəyişikliyi əhalinin sosial vəziyyətinə müsbət yöndə zərrə qədər də təsir etməyib. Son günlərdə regionlarda əhalinin etiraz aksiyaları keçirməsi, hər gün sui-qəsd və talançılıq hallarının qeydə alınması isə daxili vəziyyəti daha da gərginləşdirir.
İşğalçı ölkədə əhalini ən çox narahat edən məsələlərdən biri də yarıtmaz hökuməti çətin vəziyyətdə qoyan çörəyin və un məmulatlarının bahalaşacağı barədə məlumatların geniş yayılmasıdır. “Jamanak” (“Zaman”) qəzetinin məlumatına görə, Gürcüstan hökumətinin verdiyi qərara əsasən, sentyabrın 15-dən quru yolla Rusiyadan Ermənistanın taxıl idxalına qadağa qoyulur. Yəni artıq şirkətlər Rusiyadan Gürcüstan ərazisi vasitəsilə Ermənistana taxıl nəql edə bilməyəcəklər və tranzit yalnız Poti limanından həyata keçiriləcək. Əlaqədar şirkətlər artıq baş nazir Nikol Paşinyana bunun riskləri barədə xəbərdarlıq ediblər, çünki qiymət artımı qaçılmaz olur və çoxsaylı vətəndaş işsiz qalacaq. Hesablamalara görə, Tbilisi hökumətinin qadağa ilə bağlı yeni qərarından sonra Ermənistanda taxılın qiyməti hər ton üçün 50 dollar artacaq.
Ermənistanda çörəyin bahalaşması barədə artıq parlamentdə də müzakirələr gedir. “Çıxış” blokunun deputatı Edmond Marukyan parlamentdə çıxışı zamanı deyib ki, 15 sentyabrda bu qərar qüvvəyə minəcəyi təqdirdə, ciddi problemlər olacaq. Deputat bu addımın Gürcüstanın daxili işi olmasına baxmayaraq, Ermənistan-Gürcüstan dostluq qrupunun məsələyə müdaxiləsini vacib sayıb.
Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov E.Marukyanın sözlərinə reaksiya verib: “Sentyabrın 15-nə qədər Gürcüstana rəsmi səfər edəcəyik, nümayəndə heyətinin tərkibində bütün fraksiyaların nümayəndələri olacaq. Parlamentarilər bu məsələni həll etmək üçün əllərindən gələni edəcəklər, amma hesab edirəm ki, əvvəlcə ölkənin hökuməti işin içində olmalıdır”. Çörəkdən əlavə, bazarda qiymətlərin artdığını baş nazir N.Paşinyan da etiraf edib.
Ermənistanda problem təkcə çörəyin və tərəvəzin bahalaşması deyil. Həll olunmamış problemlərə görə etiraz aksiyaları səngimir. Bu günlərdə Amulsar mədənindəki şirkətin işçiləri maşınla Amulsar-Cermuk yolunu bağlayıblar. Armavir-İrəvan marşrutu üzrə işləyən nəqliyyat vasitələrinin sürücüləri də marşrutlardan ağ rəngli dövlət nömrə nişanlı avtomobillərin çıxarılması tələbi ilə yolu bağlayıblar.
Ermənistanda cinayətkarlığın sayı da artır. Hətta bu günlərdə Ermənistan polis rəisi V.Osipyan da ilin ikinci rübündə cinayətkarlığın 3 dəfə artdığını bəyan edib. Bunların arasında ən sensasiyalısı avqustun 28-də gecə Kassasiya Məhkəməsinin keçmiş sədrinin evinə edilən basqın olub. Keçmiş sədr Arman Mkrtumyanın Dzoraxbyur kəndindəki evinə üç maskalı kişi hücum edib. Ermənistan mediasının gündəmini işğal edən bu hadisənin siyasiləşdirilməsinə çalışanlar da var.
Bu neqativ hadisələr işğalçı ölkənin ordusuna da siraət edib. Belə ki, Ermənistan ordusunda özbaşınalıq, intizamsızlıq və digər qanunsuz hallar baş alıb gedir. Hər gün qeyri-döyüş şəraitində əsgər ölümü baş verir. Budəfəki hadisə isə daha ciddi problemlərdən xəbər verir. Belə ki, avqustun 29-da hərbi hissələrdən birinin zabiti, baş leytenant Karen Hovhannisyanın özünü öldürməsi barədə xəbər yayılıb.
Ermənistanda mövcud olan qeyri-müəyyənlik, ağır sosial-iqtisadi vəziyyət əhalinin inamını azaldır, onların ölkəni tərk etməsinə səbəb olur. Keçmiş rejimin talançılıqla məşğul olan bir çox məmuru da ölkəni tərk edənlərin sırasındadır. Erməni mediasında yayılan məlumatlara görə, eks-prezident Serj Sarkisyan da cinayət məsuliyyətindən qorxaraq həmin “köçkünlər”ə qoşulmaq niyyətindədir. Respublika Partiyasının parlament fraksiyasının rəhbəri V.Baqdasaryan bu xəbərləri təkzib etsə də, Ermənistan mətbuatında yazılanlara görə, S.Sarkisyan ailəsi ilə birlikdə Romada məskunlaşmaq fikrindədir. Qeyd edək ki, buna qədər Xüsusi İstintaq Xidməti 1-2 mart 2008-ci il hadisələrinin istintaq işi üzrə S.Sarkisyanın dindiriləcəyi barədə məlumat yaymışdı. Çox güman ki, o, istintaqdan yayınmaq üçün bu addımı ata bilər.
Göründüyü kimi, işğalçı ölkədə hakimiyyətin dəyişməsi əhaliyə yaxşı heç nə vəd etmir. Əksinə, onsuz da ac-yalavac olan erməni əhalisinin artıq çörəklə də təminatı çətinləşir. N.Paşinyan hökumətinin xarici əlaqələrdə uğursuzluğu, sosial-iqtisadi sahədə yarıtmazlığı və idarəetmədə naşılığı daxildə vəziyyətin daha da ağırlaşmasına gətirib çıxarır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50

