Ermənistanda siyasi qeyri-müəyyənlik hökm sürür
02.04.2021 [08:43]
Məlum olduğu kimi, məğlub Ermənistanda 4 aydan çox davam edən xaos ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyinin elan olunmasından sonra yeni mərhələyə keçib. Müxalifətin birləşdiyi “Vətənin xilası naminə hərəkat” indiki dövrdə parlament seçkilərinə qarşı çıxış etsə də, hərəkatda təmsil olunan bəzi partiyaların da seçkilərə maraq göstərməsi ölkədə qeyri-müəyyən siyasi situasiya yaradıb.
Ermənistan mediasının yazdığına görə, ölkədəki vəziyyət sabit olmasa da, iqtidarda təsmil olunan partiyalar da daxil olmaqla bəzi siyasi təşkilatlar artıq seçki qərargahı yaratmağa, bu istiqamətdə regionlarda iş görməyə başlayıblar. “Hraparak” qəzeti yazır ki, N.Paşinyan sədri olduğu “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinə seçkiqabağı fəaliyyətə başlamağı, partiyanın iki il əvvəl bağlanmış regional ofislərini yenidən açmağı tapşırıb.
Bu durum Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının seçkilərdə “Mənim addımım” blokunda deyil, təkbaşına iştirak etməsi barədə fikirlərin əsassız olmadığını göstərir. Belə ki, “Sputnik Ermənistan”a verdiyi açıqlamada parlamentin vitse-spikeri Alen Simonyan deyib ki, “Vətəndaş müqaviləsi” partiyasının parlament seçkilərində hər hansı blokun tərkibində deyil, ayrıca iştirak etməsi məqsədəuyğundur. Simonyanın fikrincə, hakim partiyanın seçki siyahısında yeni adların meydana çıxması da mümkündür. Xatırladaq ki, “Mənim addımım” bloku “Vətəndaş müqaviləsi” partiyası və “Arakelutyun” (“Missiya”) partiyasından ibarətdir. Yeri gəlmişkən, həmin saytda yer alan digər məlumata görə, hökumətin aparat rəhbəri Arsen Torosyan deyib ki, seçkilərdə “Vətəndaş müqaviləsi” partiyasının seçkiqabağı təşviqat qərargahına Ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan rəhbərlik edəcək. Torosyan deyib ki, qərargahın işi onun özü, Ekologiya naziri Romanos Petrosyan və baş nazirin baş məsləhətçisi Araik Harutyunyan tərəfindən əlaqələndiriləcək.
Qeyd edək ki, parlamentdən kənarda olan keçmiş təhlükəsizlik xidmətinin direktoru, Artur Vanetsyanın sədri olduğu “Vətən” partiyası, “Alyans” partiyası və digərləri artıq seçkilərdə iştiraka hazır olduqlarını bəyan ediblər. “News.am” yazır ki, “Vətən” partiyası seçkilərdə eks-prezident Robert Koçaryanla əməkdaşlığı istisna etmir. Belə ki, partiya funksioneri Arsen Babayan deyib ki, mövcud hakimiyyətə qarşı vahid cəbhədən mübarizə məsələsi Koçaryanla müzakirə oluna bilər. Digər tərəfdən, yerli medianın yazdığına görə, eks-prezident Serj Sarkisyan da seçkilərdə “Vətən” partiyasını dəstəkləyəcəyini istisna etməyib.
Bununla yanaşı, Paşinyanın komandasında yeni istefalar dalğası da davam edir. “Aysor.am”ın məlumatına görə, Sənaye və yüksək texnologiyalar naziri Hakop Arşakyan istefa verib. Xatırladaq ki, nazir H.Arşakyan Yerevanın kafelərindən birində jurnalist Paylak Fərhadyanı döymüşdü. Sayt yazır ki, bu günlərdə istefalar davam edəcək.
Göründüyü kimi, hökumətdə istefalar, qalmaqallar fonunda seçkiqabağı vəziyyət məğlub Ermənistanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Ekspertlərin qənaətinə əsasən, seçki baş tutsa belə, məğlub ölkə böhrandan çıxa bilməyəcək.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

