Ermənistanda siyasi böhran davam edir
26.05.2021 [09:12]
20 iyunda keçiriləcək parlament seçkilərinə hazırlaşan Ermənistanda siyasi qarşıdurma və böhran vəziyyəti davam edir. Ermənistan mətbuatı yazır ki, bir çox siyasi qüvvələr seçkilərə hazırlaşsalar da, Paşinyanın komandasında daxili çəkişmələr, müxalifətin bir-birinə zidd açıqlamaları hətta seçkilərin təxirə salınması ehtimalını belə gündəmə gətirib.
Qeyd edək ki, seçkilərdə iştirak etmək istəyən partiya və blokların sayı da artıb. Artıq siyasətdən uzaqlaşmış şəxslərin yenidən siyasətə qayıtması, iş adamlarının siyasi partiyalarla ittifaqa meyil etməsi seçkilərin gərgin keçəcəyindən xəbər verir. Məsələn, “Panorama.am” yazır ki, “Tigran Arzakantsyan” fondunun prezidenti Tiqran Arzakantsyan növbədənkənar parlament seçkilərində Ermənistan Demokratik partiyasının siyahısına başçılıq edəcək və partiyanın baş nazir postuna namizədi olacaq. Sayt yazır ki, bu qərar partiyanın Yerevanda keçirilən IX qurultayında qəbul edilib. Siyahıda partiyanın rəhbəri Aram Sarkisyan ikinci, ictimai xadim Narine Dilbaryan isə üçüncü yerdədir. “Rusiya erməniləri ittifaqı”nın rəhbəri Ara Abramyan isə Tiqran Urixanyanın lideri olduğu “Alyans” partiyası ilə bir blokda seçkilərə gedir.
Onu da qeyd edək ki, 20 iyun tarixində keçiriləcək parlament seçkilərində iştirak etmək üçün mərkəzi seçki komissiyasına lazımi sənədləri təqdimetmə müddəti 26 mayda başa çatsa da, siyasi qüvvələrin bir çoxu siyahıları son dəqiqəyə qədər açıqlamayıblar. Hakim komandanın bu məsələdəki davranışına toxunan “Hraparak” qəzeti bir sıra ehtimallarla çıxış edib: “Hakim “Vətəndaş müqaviləsi” partiyasının siyahısı ciddi dəyişikliklərə məruz qalıb. Partiyanın tərtib etdiyi siyahı yeni şəxslərin - əsasən, iqtisadçıların, iş adamlarının adlarını özündə ehtiva edir. Əvəzində spiker Ararat Mirzoyanın seçkilərdən sonra hansısa ölkəyə səfir göndəriləcəyi istisna edilmir. Baş nazirin müavini vəzifəsini icra edən Tiqran Avinyanı da eyni aqibət gözləyə bilər”.
Bu arada, səslərin parçalanması ehtimalına görə hazırda müxalifətin seçkilərdən sonra indiki iqtidarla koalisiya hökuməti qurması məsələsi daha aktualdır. Lakin bir çoxları Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvələrlə əməkdaşlığı istisna edirlər. Xüsusilə də, sabiqlərin iştirakı ilə qurulan seçkiqabağı bloklar belə bir ehtimalı indidən gündəmdən çıxarır. “News.am” saytının yazdığına görə, “Şərəfim var” bloku bəyan edib ki, seçkilərdən sonra kapitulyantlar və onların əlaltıları ilə əməkdaşlıq mümkün ola bilməz. Qeyd edək ki, “Ermənistan” seçki bloku da gələcəkdə Paşinyanla koalisiyaya mənfi yanaşma sərgiləyib.
Göründüyü kimi, Ermənistanda siyasi qarşıdurma və böhran davam edir. Müxalifət və hakimiyyət növbədənkənar seçkilərə hazırlaşsa da, məğlub ölkədə qeyri-müəyyən vəziyyət mövcuddur.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52

