Ermənistanda hökm sürən siyasi böhran parlament daxilində də davam etməkdədir
04.08.2021 [08:28]
Xəbər verildiyi kimi, Ermənistan parlamentinin avqustun 2-də keçirilən ilk iclasında müxalifət qanunverici orqanın işini pozmağa, ilk gündən böhran yaratmağa cəhd göstərib. Erməni mediasının yazdığına görə, bütün cəhdlərə baxmayaraq, həmin gün Paşinyan hakimiyyətinin namizədi Alen Simonyan Ermənistan parlamentinin spikeri seçilib. Lakin məğlub ölkədə parlament böhranı davam etməkdədir.
Belə ki, avqustun 3-də parlamentin sədr müavinlərinin seçkisi də insidentsiz ötüşməyib. “News.am” yazır ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyasından parlamentin xarici əlaqələr daimi komissiyasının sabiq sədri Ruben Rubinyan və keçmiş yüksək texnologiyalar və sənaye naziri Hakop Arşakyan, “Ermənistan” və “Şərəfim var” bloklarından “Daşnaksutyun”un üzvü İşxan Saqatelyan vitse-spiker vəzifələrinə namizəd kimi irəli sürülüblər. Müzakirələr zamanı “Şərəfim var” müxalifət fraksiyasının deputatı Anna Mkrtçyan vitse-spiker vəzifəsinə namizəd R.Rubinyanı casusluqda günahlandırıb. Buna baxmayaraq, R.Rubinyan parlamentin sədr müavini seçilib.
Bu arada, “Hraparak” qəzetinin yazdığına görə, “Ermənistan” və “Şərəfim var” blokları parlamentdəki vəzifələrin bölgüsü üzrə razılığa gəliblər: “Müxalifət üç daimi parlament komissiyasının sədri postunu götürə bilsə, onlardan biri Artur Vanetsyanın fraksiyasına veriləcək. Komissiyalardan birinin rəhbəri böyük ehtimalla “Ermənistan” blokunun nümayəndəsi, “Yüksələn Ermənistan” partiyasının rəhbəri Vahe Akopyan, digərininki isə “Daşnaksutyun”un nümayəndəsi olacaq”.
Yeri gəlmişkən, bəlli olub ki, “Ermənistan” və “Şərəfim var” parlament fraksiyaları spiker seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə konstitusiya məhkəməsinə müraciət edəcəklər. “Aysor.am” yazır ki, “Ermənistan” fraksiyasının üzvü Artsvik Minasyan parlamentin ilk iclasında A.Simonyanın spiker seçilməsinin qanunsuz olduğunu bəyan edib: “Çünki spiker vəzifəsinə namizədliyi irəli sürülən həbs olunmuş deputatlar Mxitar Zakaryan və Artur Sarkisyanın iclasda iştirakları təmin edilməyib”. A.Minasyan, eyni zamanda, deputat toxunulmazlığının mövcudluğunu nəzərə alaraq həbslərin qanunsuz olduğunu qeyd edib.
Buna baxmayaraq, prezident tərəfindən baş nazir təyin edilən Nikol Paşinyan artıq hökumətin formalaşdırılması prosesinə start verib. Əvvəlcə baş nazir müavinləri və müdafiə naziri postuna namizədlərini müəyyənləşdirən Paşinyan həm komanda daxilində, həm də cəmiyyətdə ciddi etirazlara baxmayaraq, bəzi şəxslərin yüksək vəzifəyə təyinatını ölkə prezidentinə təsdiq etdirməyə nail olub. Belə ki, Ermənistan prezidenti Armen Sarkisyan hökumətdə təyinatlarla bağlı bir sıra fərmanlar imzalayıb. “Newsarmenia.am” yazır ki, həmin sənədlərə görə, ərazi idarəetmə və infrastruktur naziri postunu tutan Suren Papikyanın baş nazirin müavini, Arşak Karapetyanın müdafiə naziri, Romanos Petrosyanın ekologiya naziri, Narek Mkrtçyanın əmək və sosial işlər naziri vəzifələrinə təyinatı təsdiq olunub.
Beləliklə, uzun çəkişmədən sonra Ermənistan parlamenti yeni tərkibdə fəaliyyətə başlasa da, ölkədə mövcud olan siyasi böhran qanunverici orqanda da özünü qabarıq şəkildə göstərir. Bir sözlə, Paşinyan yeni hökumətin formalaşmasına çalışsa da, parlamentdəki qarşıdurma şəraitində hakimiyyətin normal fəaliyyət göstərəcəyi sual altındadır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03

