Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstan DİN iğtişaşlar zamanı həlak olan hüquq-mühafizə orqanı əməkdaşlarının sayını açıqladı

Qazaxıstan DİN iğtişaşlar zamanı həlak olan hüquq-mühafizə orqanı əməkdaşlarının sayını açıqladı

09.01.2022 [10:44]

Qazaxıstandakı iğtişaşlar zamanı ümumilikdə 16 nəfər polis, Milli Qvardiya və Müdafiə Nazirliyinin əməkdaşı həlak olub, 1300-dən çoxu isə yaralanıb.

Bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İctimai asayişin qorunması və ölkənin konstitusiya quruluşunun müdafiəsi zamanı 16 nəfər iğtişaşçılar tərəfindən öldürülüb, 1300-dən çox polis, Milli Qvardiyanın və Müdafiə Nazirliyinin, eləcə də xüsusi təyinatlı orqanların əməkdaşları yaralanıb”, - məlumatda deyilir.

Qeyd edək ki, yanvarın 6-da “Tengrinews.kz” saytı ölkənin Daxili İşlər Nazirliyinə istinadən 18 hüquq-mühafizə orqanı əməkdaşının ölümü ilə bağlı məlumat yaymışdı. Almatı komendantlığının məlumatına görə, ölənlərdən ikisinin başı kəsilmiş halda tapılıb.

Paylaş:
Baxılıb: 1264 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30