Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Sərdar Berdıməhəmmədov Türkmənistan Prezidenti vəzifəsinin icrasına başlayıb

Sərdar Berdıməhəmmədov Türkmənistan Prezidenti vəzifəsinin icrasına başlayıb

19.03.2022 [13:04]

Sərdar Berdıməhəmmədov Türkmənistan Prezidenti vəzifəsinin icrasına başlayıb.

“Report” xəbər verir ki, bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

“Bu gün Türkmənistan paytaxtında, Ruhiyyət Sarayında ölkənin yeni seçilmiş Prezidentinin təntənəli andiçmə mərasimi keçirilib”, - məlumatda deyilir.

Qanuna əsasən yeni dövlət başçısınını inauqurasiyasında Türkmənistan parlamentinin hər iki palatasının deputatları, hökumət üzvləri, hərbi və hüquq-müharizə orqanlarının, Seçki Komissiyası Mərkəzinin, yerli dövlət orqanlarının, ictimaiyyət nümayəndələri və digər dəvətli şəxslər iştirak ediblər.

Andiçmə mərasimindən sonra ona dövlət başçısının vəsiqəsi təqdim olunub. Bununla da, o, növbəti 7 il üçün rəsmən Türkmənistan Prezidenti vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 72,97% səs toplamış Baş nazirin müavini Sərdar Berdıməhəmmədov qalib gəlib.

Paylaş:
Baxılıb: 1294 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31