Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fələstin və İsrail liderləri arasında telefon danışığı olub

Fələstin və İsrail liderləri arasında telefon danışığı olub

08.07.2022 [15:13]

Fələstin və İsrail liderləri arasında telefon danışığı olub.

Bu barədə "Jerusalem Post" məlumat yayıb.

Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas Yair Lapidi Baş nazir postuna gəldiyi üçün təbrik edib, Lapid isə Mahmud Abbası Qurban Bayramı münasibətilə təbrik edib.

Mahmud Abbasın həmçinin İsrail Prezidenti İsaak Herzoqla da telefon danışığı olub. Tərəflər ABŞ Prezidentinin gələn həftə İsrailə səfərini müzakirə ediblər.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin gələn həftə İsrailə və İordan çayının qərb sahilinə səfəri öncəsi təhlükəsizlik məsələlərinin koordinasiyasını müzakirə etmək üçün müdafiə naziri Benni Qantz iyulun 7-də Ramallahda Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla görüşüb.

Müdafiə nazirinin ofisindən verilən açıqlamada, Qantz və Abbas arasındakı görüşün müsbət atmosferdə keçdiyi qeyd olunub.

Paylaş:
Baxılıb: 893 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31