Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsveçrə səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

İsveçrə səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

12.03.2024 [15:33]

Rusiya Xarici İşlər Nazirliyi İsveçrənin səfiri Kristin Marti Lanqı çağıraraq ölkə parlamentinin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı qərarı ilə əlaqədar demarş elan edib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, İsveçrə parlamenti ölkədə yerləşən Rusiya aktivlərinin müsadirə edilməsi mexanizminin hüquqi əsaslarının işlənib hazırlanmasına başlamaq qərarına gəlib.

“Rusiya tərəfi İsveçrə hakimiyyətinin dövlət toxunulmazlığı ilə bağlı beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozan bu addımını qətiyyətlə pisləyir” - deyə mətndə deyilir.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, Rusiya əmlakına hər hansı müdaxilə dövlət səviyyəsində oğurluq hesab olunacaq. 

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 738 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30