Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransa müxalifəti Makronu sərt tənqid edib

Fransa müxalifəti Makronu sərt tənqid edib

15.03.2024 [13:59]

Fransa müxalifəti Emmanuel Makronun Rusiya və Ukraynaya münasibəti ilə bağlı verdiyi müsahibəni həddən artıq sərt hesab edir.

AZƏRTAC xəbər verir ki, Emmanuel Makron martın 14-də TF1 və France 2 telekanallarına müsahibəsində “Rusiya tərəfindən eskalasiya halında Fransanın cavab verməyə hazır olduğunu” deyib.

Fransa prezidenti, həmçinin hazırkı vəziyyətdə Ukraynaya qoşun göndərməyə ehtiyacın olmadığını bildirsə də, belə bir qərarın verilə biləcəyini istisna etməyib.

Sağ mərkəzçi Respublikaçılar partiyasının sədri Erik Siottinin fikrincə, prezidentin müsahibədəki tonu Avropa Parlamentinə seçkilərdə partiyasının mövqeyini yaxşılaşdırmağa hesablanıb.

“Emmanuel Makron Avropa kampaniyasının ortasında Rusiya ilə müharibə etmək istəyir, yoxsa siyasi məkanı doldurmağa çalışır? Ukraynanı dəstəkləmək lazımdır, lakin seçki məqsədləri üçün potensial qlobal münaqişəni alovlandırmaq olmaz”, - siyasətçi sosial media hesabında belə yazıb.

Paylaş:
Baxılıb: 1046 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30