Köhnə ildən incikliyimiz, yeni ildən umacağımız
31.12.2025 [09:17]
2025-ci ilin ədəbi yekunlarına dair qısa xülasə
Hər gələn il özüylə nəsə gətirir də, aparır da. Bu baxımdan 2025-ci il də sələflərindən geri qalmadı, kiminsə doğum ili, kiminsə uğur ili, kiminsə də ölüm ili oldu.
İlin ədəbi yekunlarına nəzər salsaq, il boyunca gənc, enerjili qələm adamlarının söz sənətimizə üz vermiş itkilərin yerini doldurmağa çalışdıqlarını görərik. Bu da təbiidir, çünki ədəbiyyatda varislik prinsipi çox vacibdir, sənətin sirləri, ustalıqları, peşəkar fəndləri nəsildən-nəslə ötürülməsə, bundan da ziyadə, inkişaf etdirilməsə, o sənətin yaşamaq, yaşatmaq şansı da minimuma düşər.
Hər il olduğu kimi bu il də ədəbiyyatımızın yaddaşında həm itkilər, həm qazanclar ili kimi qaldı. Qocaman yazıçımız, bir zamanlar bestseller olmuş “Vicdan susanda” romanının müəllifi Vidadi Babanlı, təəssüf ki, yüzü başa vura bilmədi, avqustun 16-da 98 yaşında dünyadan köçdü. Ümumən yayın son ayı ədəbi mühitimiz üçün ağır itkilərlə yadda qaldı. Avqustun 3-də xalq yazıçısı, şöhrəti ölkəmizin hüdudlarını çoxdan aşmış nasir, dramaturq, “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” romanlarının müəllifi Elçin - 1943-cü ildə başqa bir məşhur yazıçımızın ailəsində dünyaya göz açmış, uzun illər baş nazirin müavini vəzifəsində çalışmış Elçin İlyas oğlu Əfəndiyev 82 yaşında bizə əlvida dedi. “İstiqlal” ordenli yazıçı vəfatının ertəsi günü Birinci Fəxri Xiyabanda dəfn olundu.
Həmin ayın 19-da isə görkəmli şairimiz Məmməd İsmayıl uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Şair illərlə qardaş Türkiyədə yaşayıb fəaliyyət göstərmişdi. Məmməd İsmayıl atasız böyümüşdü, 1939-cu il təvəllüdlü gələcək şair hələ körpəykən atası İkinci Dünya müharibəsi cəbhələrində həlak olmuşdu. Cəfakeş anası həmin vaxt gənc olsa da, yenidən ailə qurmamışdı, bircə övladını təkbaşına böyüdüb boya-başa çatdırmışdı, onun şair, ziyalı kimi yetişməsində əvəzsiz rol oynamışdı. “Evinin yanında ev tikdim, ana, Qəbrinin yanında qəbrim olaydı” deyən şair öz vəsiyyətinə uyğun olaraq doğma Əsrik kəndində, anasının qonşuluğunda torpağa tapşırıldı.
70 illiyini qəzetimizdə “Sözü özünə bənzəyən şair” adlı yazıyla qeyd elədiyimiz Əlisəmid Kür də bu il uzun sürməyən xəstəlik nəticəsində 71 yaşında dünyasını dəyişdi, doğma Salyan şəhərinin qəbiristanlığında, atası Cəfər Mehdinin yanında dəfn olundu. Yaxşı ki, ölümündən bir neçə ay əvvəl oğlu Qorqudun toyunu görmək şairə qismət oldu. Əlisəmidin cavanlıq dostu, şair həmkarı, 1957-ci il təvəllüdlü Kəramət Şükürov üçün də bu il sonuncu il oldu, şairin ürəyi küçədə yeridiyi yerdəcə qəfil dayandı.
Salyan torpağının daha bir yetirməsi - istedadlı gənc şair Həsən Kürün də ömrünə bu il son qoyuldu. Həsən intihara cəhd göstərmişdisə də, sağ qalmışdı, həkimlər onun sağlamlığının bərpası üçün aylarla çalışmışdılar. Ancaq təəssüf ki, aldığı xəsarətlər axırda onun həyatını itirməsiylə nəticələndi.
1972-ci ildə Bakının Buzovna qəsəbəsində doğulmuş, ötən əsrin doxsanıncı illərində birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, klassik üslubda qəzəllər yazan şair Arif Buzovnalı da uzun sürən xəstəlikdən sonra bu ilin payızında 53 yaşında dünyasını dəyişdi.
Ancaq başa çatmaqda olan ilimiz yalnız ölüm-itim xəbərlərindən ibarət deyil. Görkəmli yazıçımız Saday Budaqlının noyabrın 13-də yetmiş yaşı tamama yetdi, yubiley münasibətiylə yazıçının “Fevral” povesti haqqında qəzetimizdə geniş yazı dərc olundu.
Bu il ədəbi mühitimizdə xüsusilə də gənc yazıçıların maraqlı əsərləri, yeni kitablarıyla yadda qaldı, bu kitablardan bəziləri dövri mətbuat səhifələrinfə, AMEA-nın Ədəbiyyat İnstitutunda ayrıca müzakirəyə çıxarıldı, haqqında rəylər verildi. Ədəbiyyatşünaslar, tənqidçilər gənc qələm sahiblərimizin ədəbi uğurlarını gözdən qaçırmadılar, onların yaradıcılığındakı müsbət cəhətləri ürək genişliyi ilə xüsusi vurğuladılar. Gənc yazıçıların uğurlu əsərləri sırasında Nadir Yalçının “Balıqçılar”, Orxan Həsəninin “Anka”, Vüqar Vanın “Qaraltı”, Orxan Cuvarlının “Musson küləkləri” hekayəsinin adını ayrıca çəkməyi lazım bilirik, çünki bu əsərlər söz xiridarları tərəfindən ədəbiyyatımıza son illərdə gəlmiş ən gənc nəslin parlaq nailiyyətləri kimi qiymətləndirildi. Deyilənlərə adını çəkdiyimiz müəlliflərdən O.Həsəninin “Müharibəni gözləyərkən”, V.Vanın “Hardasa olardı 13-14 yaşım” romanlarını, N.Yalçının “Lal ev” hekayələr kitabını da əlavə etmək yerinə düşər.
Ümid eləyək ki, astanasında durduğumuz növbəti 2026-cı il söz sənətimiz, ümumən mədəniyyətimiz, incəsənətimiz üçün daha böyük töhfələrlə yadda qalacaq. Mədəniyyət Nazirliyinin yeni təsis etdiyi, ilk qalibi növbət ilin sonlarında elan olunacaq Kitab Mükafatı da, şübhəsiz, ədəbiyyatımızın inkişafına, yazıçılar arasında sağlam rəqabət mühitinin formalaşmasına böyük stimul verəcək. Bu ümidlərlə qarşıladığımız yeni təqvim ilinin qədəmləri xoş olsun, ədəbiyyatımıza, xalqımızın söz yaddaşına yeni zənginliklər, təzə uğurlar gətirsin!
Toğrul
Xəbər lenti
Hamısına baxDünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30

