Azərbaycan və Çin universitetləri arasında akademik mübadilə genişlənir
04.11.2024 [23:15]
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun professor-müəllim heyəti tərəfdaş Huçjou Universitetinin dəvəti ilə Çində işgüzar səfərdə olub.
Konfutsi İnstitutundan AZƏRTAC-a bildirilib ki, səfər Huçjou Universitetinin humanitar təhsil sahəsində innovativ təcrübəsi ilə tanış olmaq, xarici dillər üzrə tədris proqramlarını təkmilləşdirmək, birgə elmi multikultural tədqiqatlar aparmaq, ADU-da Çin dili və mədəniyyətinin tədrisi metodikasını inkişaf etdirmək məqsədi daşıyıb.
Huçjou Universitetinin prorektoru Li Qingfeng ilə görüşdə ADU-nun prorektoru Vüqar Mehrabov universitetlərarası əməkdaşlığın genişləndirilməsinin və möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, ADU-nun beynəlxalq əməkdaşlığından, dil və mədəniyyət mərkəzlərinin fəal işindən, peşəkar kadrların hazırlanması sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Qeyd olunub ki, iki universitet arasında əməkdaşlığın əsasını müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, Huçjou Universitetində dillərin, xüsusən də Azərbaycan dilinin tədrisi metodlarının təkmilləşdirilməsi təşkil edir. Universitetdə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin işinin fəallaşdırılması, o cümlədən Azərbaycanın tarixi, mədəniyyəti və müasir həyatına dair birgə konfransların keçirilməsinin zəruriliyi də qeyd edilib.

Prorektor Li Qinqfenq Azərbaycan ilə Çin arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün təhsil, elm və mədəniyyətlərarası mübadilələrin əhəmiyyətini qeyd edib. O, həmçinin bu görüşün iki ölkənin universitetləri arasında əməkdaşlığı gücləndirəcəyinə, birgə qarşılıqlı fəaliyyət planının formalaşdırılması üçün iki universitetin konkret fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəyinə və akademik mobillik proqramlarının həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov çıxış edib. O, Çinin tarixi İpək Yolunun dirçəldilməsi üzrə qlobal “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində tədqiqatlar üzrə ixtisaslaşmış ADU-nun Konfutsi İnstitutunun elmi, tədris və ictimai maarifləndirici fəaliyyətindən danışıb. R.Abbasov ADU-nun Konfutsi İnstitutu tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və Ümummilli Lider Heydər Əliyevin Azərbaycanla Çin arasında ənənəvi dostluq əlaqələrinin və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev iki qədim xalq arasında dostluğun müasir davamçısı” və “Heydər Əliyev və Çin” kitablarının Çin dilində, həmçinin Çin Xalq Respublikasının Sədri Si Cinpinin müasir dövlət idarəçiliyi konsepsiyası və siyasi strategiyasına həsr olunmuş ictimai çıxışlarının əsas tezisləri ilə Azərbaycan dilində materiallar toplusunun və Azərbaycan tarixində ilk Çin dili dərsliyinin nəşr olunduğunu qeyd edib. Həmçinin ADU-nun Konfutsi İnstitutunun Bakı Musiqi Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin filiallarının işinə həsr olunmuş təqdimatlar keçirilib.
ADU-nun nümayəndə heyəti Huçjou şəhərinin bir sıra orta, ibtidai məktəb və məktəbəqədər təhsil müəssisələrini də ziyarət edib. Onlar müəllimlərin ixtisasının artırılması və tədris prosesinə innovativ metodların tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparıb, informatika, ingilis dili, xəttatlıq, Çin musiqisi, kulinariya, ənənəvi dekorativ-tətbiqi sənət üzrə açıq dərslərdə iştirak ediblər.
Nümayəndə heyətinin üzvləri Huçjou çay fabrikində məşhur Ağ çayın istehsalının texnoloji prosesi, peşəkar-texniki kadrların hazırlanması ilə tanış olublar.

Universitetin partiya komitəsinin katibi Jin Peihua ilə görüşdə bildirilib ki, iki ölkənin dövlət başçılarının səyləri nəticəsində Azərbaycanla Çin arasında münasibətlər dinamik və hərtərəfli inkişaf, siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi dövrünü yaşayır.
Jin Peihua Bakıda keçiriləcək COP29 konfransının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Çjetszyan əyaləti Çində ekoloji problemlərin öyrənilməsi üzrə əsas elmi mərkəzlərdən biridir. O, həmçinin Çin və Azərbaycanın təmiz enerji, yaşıl nəqliyyat, çirklənmə və karbon emissiyalarının azaldılması, Çinin “Yaşıl Kəmər və Yol” təşəbbüsünün həyata keçirilməsi sahəsində birgə səylərlə irəliləyəcəyinə əminliyini ifadə edib.
Rafiq Abbasov isə qeyd edib ki, ADU-da COP29 ərəfəsində Huçjou Universitetinin professoru Jin Peihuanın “Karbon zirvəsi və karbon neytrallığı: Çin fəaliyyətdədir” kitabının təqdimatı keçirilib. Həmçinin qeyd olunub ki, bu yaxınlarda imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”də iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisinin təşviqinə, müəllimlər arasında mübadilələrin inkişafına, həmçinin Konfutsi institutlarının inkişafına dəstək göstərilməsi zərurəti qeyd olunur.
Nümayəndə heyətinin üzvləri Huçjou Universitetinin Xəttatlıq Muzeyi və Kitabxanasının tədqiqat, mədəni-maarif və təhsil fəaliyyəti ilə tanış olub, Azərbaycanın fəxri qonaq ölkəsi kimi iştirak etdiyi illik Dünya Mədəniyyət Forumunun keçirildiyi Anji ekoloji ərazisi, mənzərəli Taihu gölünü ziyarət ediblər.
ADU-nun nümayəndə heyəti, həmçinin Ququn kompleksində, tarixi Tiananmen meydanındakı Çin Milli Muzeyində və Böyük Çin Səddində olub.
Xəbər lenti
Hamısına baxDünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51
Gündəm
31 Yanvar 11:23
MEDİA
31 Yanvar 10:56
Sosial
31 Yanvar 10:34
İqtisadiyyat
31 Yanvar 10:18
Siyasət
31 Yanvar 09:55
Analitik
31 Yanvar 09:32
Siyasət
31 Yanvar 09:16
Siyasət
31 Yanvar 08:51
Dünya
31 Yanvar 08:33
Sosial
31 Yanvar 08:31
Dünya
31 Yanvar 08:21
Siyasət
31 Yanvar 08:18
Siyasət
31 Yanvar 08:17
Siyasət
31 Yanvar 08:17
Dünya
30 Yanvar 23:20
Dünya
30 Yanvar 22:43
Dünya
30 Yanvar 22:17
İdman
30 Yanvar 21:50
Dünya
30 Yanvar 21:33
Sosial
30 Yanvar 21:19
Dünya
30 Yanvar 20:54
Dünya
30 Yanvar 20:22
Siyasət
30 Yanvar 20:13
Dünya
30 Yanvar 20:07
Dünya
30 Yanvar 19:45

